Top.Mail.Ru
DÜNYA

İran millətvəkili: “Azərbaycanla eyni dinə mənsubuq amma..”

İran millətvəkili Nizaməddin Müsəvi Azərbaycan Ermənistan arasındakı münaqişədə İranın heç biri tərəfi dəstəkləmək istəmədiyini qeyd edib.

KAİM.az xarici mətbuata istinadən  xəbər verir ki, İran millət vəkili Nizaməddin Müsəvi Dağlıq Qarabağla bağlı müsahibə verib. Müsəvi münaqişə tərəflərindən heç bir ölkəni dəstəkləmədiklərini ifadə edərək qeyd edib: “Azərbaycanla eyni məhzəbə və dinə mənsubuq. Ermənistanla isə qonşuluq münasibətlərimiz  var. Biz Azərbaycan və Ermənistan müharibəsində heç bir dövləti dəstəkləmək istəmirik, müharibəni doğru saymırıq. Düşünürəm ki, BMT-nın qərarları əsasında məsələ həll edilməlidir”.  Millətvəkili , bölgədəki münaqişənin  Rusiya, İran, Türkiyə, Azərbaycan və Ermənistan arasında komitə qurularaq sülh çərçivəsində təmin edilə biləcəyini deyib.

Saytların yığılması Saytların yığılması

Şəbnəm Zahir

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir