Top.Mail.Ru
DÜNYA

İraqlı uşağı öldürən Belçikalı polis ifadə verdi

Belçikada mühacirlərin olduğu avtomobilə polisin açdığı atəş nəticəsində ölən 2 yaşlı iraqlı qızın məhkəməsi keçirilib.

Kaim.az xarici mətbuata istinadən xəbər verir ki, 2 yaşlı Maşda Şavrinin ölümünə səbəb olan polis hadisə ilə bağlı ifadə verib. Polis məmuru, “Kiçik qızın ölümü məni məhv etdi. Maşında uşağın olduğu barədə mənə məlumat verilmədi. Bilsəydim atəş açmazdım. Əslində maşının təkərlərini hədəf almışdım deyib.”

Saytların yığılması Saytların yığılması

Maşdanın ailəsi isə əvvəlki ifadələrində, avtomobildəki körpəni pəncərədən göstərərək polisə diqqətli olmalarını xahiş etdiklərini söyləyirlər. Yerli KİV-lərin verdiyi məlumata görə, adı açıqlanmayan Belçika polisinə, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, İraqlı qızın ölümü uzun müddət müzakirələrə səbəb olmuşdur. Maşda üçün başladılan ədalət kampaniyasına Roger Water, Tom Morello , Peter Gabriel və rejissor Ken Loach kimi məşhurlar da qoşulmuşdular.

Şəbnəm Zahir
Kaim.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir