Top.Mail.Ru
DÜNYA

Paşinyan siyasi rəqibini məhv etməyə hazırlaşır- Sarukyanın mandatı ləğv olunur

Ermənistan parlamenti “Çiçəklənən Ermənistan” Partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığının ləğv edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Kaim.az xəbər verir ki,bu haqda Ermənistan Parlamentinin saytında məlumat verilib.

Saytların yığılması Saytların yığılması

Xatırladak ki, Sarukyanın deputat toxunulmazlığı hələ Parlamentin 16 noyabrdakı iclasında müzakirə edilməli idi.

Sonra müzakirə təxirə salındı.

Sarukyan partiya sədri olmaqla yanaşı iri böyük biznes adamıdır. Hüquq-mühafizə orqanları onu böyük məbləğdə vergidən yayınmaqda, seçiciləri ələ almaqda, böyük torpaq sahələrini ələ keçirməkdə şübhəli bilir.

İyun ayında onun evində axtarış keçirilmişdi. Parlament onun deputat toxunalmazlığınının ləğvinə səs verəndən sonra 25 sentyabrda həbs edilmişdi.

Ancaq 22 sentyabrda Sarukyan 200 min dollar girovluğunda azad edildi.

Qeyd edək ki, burda əsas məsələ  Paşinyanın Sarukyanı özünə ciddi siyasi rəqib hesab etməsi, ikincisi isə məhz Sarukyanın Paşinyan hakimiyyətini daha sərt tənqid etməsidir. Hadisənin də bu fonda baş veriməsi bir daha müxalifət liderinin təzyiqlərə məruz qalması və baş verənlərin siyasi təqib olmasının göstəricisidir. Paşinyanın bu addımları artıq onun Ermənistanda bir diktator kimi qəbul edilməsinə gətirib çıxarmaqdadır. Bu halı böhran dövrü kimi xarakterizə edə bilərik.

 

İlqar

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir