Top.Mail.Ru
DÜNYA

Rusiyanın Donetsk və Luqanskda qoşunu olması SƏHVƏN ÜZƏ ÇIXDI – FOTO

Rostov-na-Donu Kirovski Rayon Məhkəməsi təsadüfən “DXR” və “LXR”-də rus hərbçilərinin olmasını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, noyabrda Rostovda “Texnologiya”nın hərbi qidalanma üzrə müdir müavini V.N. Zabaluyevin məhkəməsi keçirilib. 2019-cu ilin may-noyabr aylarında “DXR” və “LXR”-yə ərzaq tədarükünə mane olmamaq üçün hər ay 90 min rubl tələb edən Cənub Hərbi Dairəsinin polkovnik-leytenantı Q.V.Qonçarova rüşvət verdiyinə görə ittiham olunub.

Saytların yığılması Saytların yığılması

Zabaluyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı və iş üzrə bütün materiallar Rostov-na-Donu Kirovski Rayon Məhkəməsinin rəsmi saytında dərc olunub.

Orada açıq mətnlə yazılıb: “Yemək Rusiya Federasiyası Silahlı Qüvvələrinin DXR və LXR ərazisində yerləşən hərbi hissələrinə göndərilmək üçün nəzərdə tutulmuşdu”.

Mətni redaktə etməyi unutduqlarından, xoruzun quyruğu görünməyə başlayıb…

Sən demə, Rusiyanın Donetsk və Luqanskda indiyədək boynuna almadığı qoşunu var imiş!

Onlar bu barədə mediada yazan kimi Zabaluyev işi ilə bağlı bütün məlumatlar dərhal saytdan silinib. Amma arxiv nüsxəsi internetdə qalıb.

Peskov dərhal bunun ola bilməyəcəyini, məhkəmənin qərarında səhvə yol verildiyini bildirib. Sənəddə “Rusiya Federasiyasının DXR və LXR ərazisindəki silahlı qüvvələri” ifadəsi iki dəfə istifadə olunsa da.

Qeyd edək ki, media sözügedən yeməyin 25 min nəfəri təmin etməyə kifayət edəcəyini hesablayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir