Top.Mail.Ru
DÜNYA

SON DƏQİQƏ! Erməniləri çökürdən RƏQƏM AÇIQLANDI – “200 min erməni ölkəni TƏRK EDƏCƏK”

Son 4 ayda 80 min vətəndaş Ermənistanı tərk edib. Bu barədə ölkənin sabiq prezidenti, baş nazir vəzifəsinə iddialı olan Robert Koçaryan deyib.

Onun sözlərinə görə, son 25 il ərzində bu cür rəqəmlər qeydə alınmayıb:

Saytların yığılması Saytların yığılması

“Son 3 ildə Ermənistan ordusu məhv edilib. İqtisadiyyatda artım vəd etdilər, ancaq kəskin azalma baş verdi. İndi isə Paşinyan müharibəni uduzduğumuz üçün fəxr etdiyini deyir”.

KAİM.az xəbər verir ki, millət vəkili Rasim Musabəyovun “Sherg.az”a açıqlamasına görə, tək Koçaryanın dedikləri yox, rəsmi statistikaya baxanda da görürük ki, çoxlu sayda erməni ölkəni tərk edir:

“Hətta Ermənistanı tərk edənlərin sayı 80 mini də üstələyir. Deyilənə görə, 80 min erməni aeroport vasitəsilə ölkədən çıxıblar.

Lakin xeyli sayda insan var ki, şəxsi avtomobillərlə Gürcüstan vasitəsilə Rusiyaya gediblər.

İstisna olunmur ki, ilin sonuna qədər azı 200 min erməni ölkəni tərk edəcək.

Bu da onu göstərir ki, əslində ermənilər nəinki iddia etdikləri, heç öz yaşadıqları torpaqlarda belə qalmaq istəmirlər”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir