Top.Mail.Ru
DÜNYA

TÜRKİYƏ ÜÇÜN ÇƏTİN SEÇİM: bir tərəfdə Vaşinqton-Berlin ittifaqı, o biri tərəfdə də London-Pekin…

Davamlı olaraq anlatmağa çalışdığım böyük savaş və onun tərəfləri haqqında tez-tez yazıram. Heç kimin qısır mübahisələrin içində qalmasını istəmirəm. Mənim dünyanı dəyişdirəcək gücüm yoxdur. Adi, öz işi ilə məşğul olan bir jurnalistin nə iddiası ola bilər ki? Ancaq, ən azı, anladığımı çatdırmalıyam.

Biz daxildə mənasız mübahisələrə vaxt itirərkən yeni dünya qurulur. Adama zarafat kimi gəlir, lakin burada kimsə bunlarla maraqlanmır. Gedən mübahisələrə baxanda, az qalırdım, huşumu itirəm…

Saytların yığılması Saytların yığılması

Bunları 29 avqust 2019-cu ildə yazdım. Hələ nə koronavurus, nə infeksiya, nə Vuhan, nə vaksin, nə test, nə intensiv müalicə, nə qapanma, nə məhdudlaşdırma, nə də iqtisadi çöküş vardı. Yəni, hər şey öz adi ritmində davam edirdi. Xatırlayaq. Dünyanın 2-ci “ağ ciyəri” olan Konqo da Amazon meşələri kimi yanırdı. Peykdən çəkilən fotoşəkillərə baxınca, bunun təsadüf olmadığı görünürdü. Dünya kosmosdan alov topu kimi görünürdü. Kim, nə üçün, nə məqsədlə yandırırdı? Böyük bir savaşın verə bilməyəcəyi zərər verilməkdə idi. Bunlar ağılasığmaz hücumlardır. Aydındır ki, bir hesab vardır. Birində 50 min, digərində 70 min nöqtədə yanğın çıxırsa, bu, artıq savaş halıdır.

Konqo ərazisinin 40%-ni kirayəyə verdi. Böyük bölümünü götürən Çin şirkətləri idi. Konqo hövzəsinin yanması Çinin kirayə götürdüyü ərazinin öz funksiyasını itirməsi anlamına gəlir. Çinin, başda “İpək yolu” olmaqla, kobalt, neft və qızıl mədənlərilə bağlı gələcək planlarının böyük yara almasına səbəb olur. Ayrıca, Amazon və Konqo hövzəsinin yanması ilə birlikdə qlobal istiləşmənin artacağını, bu durumun da Çinə ildə 370 milyard dollarlıq əlavə xərc gətirəcəyini düşünərsək, yanğınların Çin Xalq Cümhuriyyətinə qarşı olduğu tamailə aydın olar.

Çin litium-ion batareyalarının yeganə xam maddəsi hesab edilən kobaltın Konqodakı bütün haqlarını kirayəyə götürdüyü ərazi ilə almasıyla birlikdə, hibrid və elektrik avtomobillərinin istehsalını da özünə bağlamağı düşünürdü. Dünya kobalt istehsalının 63%-i Konqonun payına düşürdü.

Vaşinqton meşə yanğını ilə əlindəki ən böyük kozırdan istifadə etdi.

Bunları yazmaqla yetinməyib, işin mahiyyətinə girişmişdim. Yazımı belə bir şərhlə bitirmişdim: “Davos çox önəmli şəxslərə ev sahibliyi etmişdi. Mənim ağlımda qalan Cüneyt Zapsunun sözləri olmuşdu…

O, “Dünya İqtisadi Forumu yalnız bir siyasi sirk deyil. 1990-cı illərin əvvəlində ilk dəfə gəldiyim zaman kök hüceyrə müzakirə edilirdi, bu, 15 il sonra dünyanın gündəliyi oldu. Bu il diqqətimi cəlb edən, məni narahat da edən bir mövzudur. Professor Haririnin apardığı toplantıya girdim, bəzi qeydlər etdim. Çox deyil, 15-20 il sonra insanların bambaşqa bir cins halına gəlmə durumu var. Hazırda olan son insan nəslidir. Bizdən sonrakı nəsil müstəqil yaşaya bilməyəcək. Yalnız ölkələri deyil, bütün insanlığı kiçik bir elitar qrup idarə edəcək” deyərək, mənzərəni ortaya qoymuşdu”.

Mən də “Beynimiz “hack”-lənməyə başladı belə” şərhilə bitirmişdim.

Sonra da canalıcı yerə gəlmişdim: “Beyin dalğaları bir sıra biometrik sensorlarla ölçülməyə başlandı. Bunlar elektrik cərəyanına çevrilərək analiz edilir. Sizin nə düşünəcəyinizi, birini gördüyünüz zaman necə reaksiya verəcəyinizi anlaya biləcəklər. Qurtulma imkanı yoxdur. Siz “ağıllı telefon”dan istifadə etməsəniz belə, yanınızdakılar istifadə edir. Məlumatlar işıq sürətilə toplanır. Bundan sonra bu biotexnologiyanın sahibləri bizi yönləndirəcəklər…”

Koronavirusun dünyanı dəyişdirmək üçün laboratoriyada hazırlandığını, hazırlanacağını hələ ortada bir şey yox ikən yazdım.

Hələ “Epşteyn dosyesi”ni demirəm. Ona məndən başqa diqqət edən yox idi. Cefri Epşteynin həbsxanada öldürülməsi də, sahib olduğu səs və görüntülü qeydlərin yeni sahibini gözləməsi də Amazon və Konqo yanğınları ilə yaxından bağlı idi. Koronavirusun memarları Epşteyn və arxasındakı qurum idi. Harvarddan Vuhana uzanan bir yolçuluq bu ağılın məhsulu idi. Kimsə mövzuya girmək, anlamağa çalışmaq istəmirdi. Epşteyn yaxalandı və sorğu-sual edilməyə başlandı. O, “Karaiblərdə kiçicik bir adada 230 milyon dollara qurduğun DNA texnologiya şirkəti üçün mütəxəssisləri necə tapacaqdın?” sualına “Harvard və MİT-dən (Massachusetts Institute of Technology) gətirəcəkdim” cavabını verdi.

Dindirməni aparan hakim də onu ələ salırdı: “5 il boyunca adadan bu universitetlərə tələbəmi göndərəcəkdin?”

Epşteynin Harvardda ofisi vardı. Bunu təmin edən professor Martin Novak idi. Novak dünyanın ən yaxşı bioloqu və riyaziyyatçılarından biri idi. İanə və pul yağırdı. Bioloji transformasiya şöbəsi qurulurdu. Epşteyn Harvardda 40 dəfə görünmüşdü. Novakın yanındakılardan biri də Ellison Hill idi. Bu şəxs Milli Sağlamlıq İnstitutunda (National Institutes of Health) indi çox tanınan biri olan doktor Fauçi ilə birlikdə çalışırdı. Çalışma sahələri də HİV (AİDS) virusu idi. Sonradan Nobel mükafatı alan elm adamları yoluxucu xəstəlik başlayan kimi, “Koronada HİV virusu vardır” deyəcəkdilər.

Koronavirus infeksiyası dünyanın zirvəsində gedən mübarizənin ABŞ, MKİ daxilindən xaricə çıxması idi.

Çox uzun zamandan bəri yazdığım kimi, Çini meydana gətirən, böyüdən, ABŞ-ın qarşısına çıxaran bir ağıl, bir sxem, bir təşkilat var. Bunların ünvanı da Londondur. Buradan cücərən tarixi ağıl öncə Çini böyütdü, sonra da “İpək yolu” ilə istədiyi dünyanı işarət etdi. Pul da, ticarət də, ittifaqlar da dəyişəcəkdi. Dəyişməli idi. Məqsədləri bu idi. Bunun üçün də Covid-19 vazkeçilməz idi.

Hər şey dəyişəcəyi üçün Türkiyənin Qərb ittifaqında qalıb-qalmaması məsələsi də gizli manşet idi. Ankara ilə Vaşinqton arasındakı gərginliyin altında yatan səbəb budur.

Müxalifətə baxın. Elə dünən Davudoğlu və Qaramollaoğlu Ankaraya Çinlə bağlı reaksiya verdi. Qılıncdaroğlu və ya Babacan fərqlidirmi? Deyil. Akşener başqa cürmü düşünür? Xeyr. Hamısı Çinlə bağlı ittifaq qurmuş durumdadır. Dolayısilə, Londona və onun quracağı sistemə etiraz etməkdədirlərBu söz birliyi və duruş onların hamısını Vaşinqton-Berlin xəttinə müsafir etməkdədir.

AKP ilə MHP də London-Pekin vektoruna göz vurmaqdadır.

Osman Kavala da, Səlahəddin Dəmirtaş da, HDP-nin gələcəyi də, iqtisadi proqram da, ABŞ-ın sanksiya tətbiq etməsi də, bir sözlə, hamısı Türkiyənin seçəcəyi yönlə bağlıdır.

Amazon və Konqo yanğınları necə böyük hesaba daxildirsə, bizim seçimimiz də elədir…

Vaşinqton və Berlin Çinin Afrikada inanılmaz şəkildə güclü olduğunu bilir. Türkiyənin də Pekinə yanaşdığı halda, Orta Şərq və Avrasiyanın da gedəcəyindən qorxurlar.

Hər bir sancı zirvədə gedən savaşın görünən üzüdür… (strateq.az)

 

Ərgün Dilər

“Takvim”, Türkiyə

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir