Top.Mail.Ru
DÜNYA

Türkiyə və Azərbaycan bayraqlarını təhqir edən şəxs SAXLANILDI – QATI CİNAYƏTKAR İMİŞ

İstanbulun Tokatköy məhəlləsi Sultanəziz küçəsində naməlum şəxs binalardan birinin qarşısındakı Türkiyə və Azərbaycan bayraqlarını çıxardaraq nümayişkaranə şəkildə yerə atıb.

Axar.az xəbər verir ki, sakinlərin məlumatı əsasında olay yerinə gələn polis əməkdaşları qısa axtarışdan sonra çirkin əməli törədən şəxsi yaxalayıblar.

Saytların yığılması Saytların yığılması

Sözügedən şəxsin 47 yaşlı M.A. (şərti ad – red.) olduğu müəyyən edilib.

Araşdırmalardan sonra həmin şəxsin psixoloji problemlərinin olduğu, həmçinin indiyədək bir çox cinayət əməli törətdiyi müəyyən edilib.

Hüquqi prosedurlardan sonra M.A. “Dövlət atributlarını təhqir etmə” maddəsi ilə ittham edilərək müvafiq orqanlara təhvil verilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir