Top.Mail.Ru
DÜNYA

Türkiyədə Rusiya jurnalistləri həbs edildi

“NTV” kanalının “Mərkəzi Televiziya” proqramının əməkdaşları cümə axşamı səhər Türkiyədə nəzarətə alınıblar və hələ  də əlaqə yaratmayıblar.
Moderator.az  bu haqda Rusiya mediasına istinadla xəbər verir.
3 dekabr səhəri müəllif Aleksey Petruşko və operator İvan Malışkin redaksiyaya İstanbul  ətrafında polis tərəfindən tutulduqlarını bildiriblər.
 “Sonra onlarla əlaqə kəsildi. 3 dekabr Moskva vaxtı ilə saat 21.00-da Aleksey Petruşko qısa bir “SMS” mesajı göndərməyi bacardı: “Nədənsə bizi hələ də  saxlayırlar”.
“Daha sonra əlaqə qurmadılar,  zəng və mesajlara cavab vermədilər ”-deyə  “NTV”-nin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətindən əlavə ediblər ki, “NTV” televiziya şirkəti, vəziyyəti aydınlaşdırmaq və Rusiya vətəndaşlarının axtarışı üçün lazımi səylər göstərilməsi üçün Rusiya Xarici İşlər Nazirliyi və Türkiyədəki Baş Konsulluq ilə sıx təmasdadır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir