Top.Mail.Ru
DÜNYA

Yakov Kedmi: “Ermənistan hakimiyyəti müharibənin qarşısını ala bilərdi”

Ermənistan bu gün ciddi problemlər girdabındadır və görünən odur ki, problemi həll edə bilmirlər”.

KONKRET.az xəbər verir ki, bu fikirləri israilli politoloq, bu ölkənin xüsusi xidmət orqanlarından birinin rəhbəri Yakov Kedmi 24TV-nin “Mövqe” verilişinə müsahibəsində deyib.

Saytların yığılması Saytların yığılması

Onun sözlərinə görə, Dağlıq Qarabağ müharibəsində əsas günahkar Ermənistanın hazırki hakimiyyətidir: “Təəssüf ki, Ermənistan bu an üçün kifayət qədər hazırlaşa bilmədi: nə daxili güc, nə iqtisadi güc, nə də hərbi güc baxımından. Əlbəttə ki, erməni ordusu daha güclü olsaydı və hərbi-siyasi rəhbərlik daha təsirli olsaydı, baş verənlərin olmayacağını iddia etmək olardı. Ancaq müharibə uzunmüddətli olacaqdı. Bu gün müharibənin Ermənistan üçün uğursuz olması erməni xalqının zəif və ya uğursuzluğunun nəticəsi deyil. Bu müharibəni Ermənistanın siyasi hakimiyyəti uduzdu. Müharibənin başlamasında günahkar olan hökumət silahlı qarşıdurmadan qaçmaq üçün məsələnin doğru siyasi həllini tapa bilmədi. Ermənistanın hazırkı hökumətində müharibənin qarşısını almaq üçün kifayət qədər siyasi alət var idi. Üstəlik, müharibənin ilk günündə Ermənistan bugünkü vəziyyətindən daha yaxşı şərtlərlə qarşıdurmaya son qoya bilərdi. Daha müdrik bir siyasi rəhbərliklə. İkincisi, müharibənin aparılması, ordunun və ölkənin müharibəyə hazırlanması Ermənistan hakimiyyətinin ciddi problemləri həll etmək gücündə olmadığını göstərdi”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir