Top.Mail.Ru
GÜNDƏM

“AtaHolding”in vergi borcu 1 Milyona Yaxındır

Azərbaycanda böyük şirkətlərdən biri olan “AtaHolding” MMC-nin dövlətə vergi borcu olduğu məlum olub.

KAİM.az Banker.az-a istinadən xəbər verir ki, 29 iyun 2021-ci il tarixinə olan göstəriciyə görə, holdinqin 927 940 manat həcmində vergi borcu var.

Saytların yığılması Saytların yığılması

Bu borcla yanaşı, holdinqin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə kommersiya məhkəməsində çəkişməsi müşahidə edilməkdədir.

DVX-nin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti holdinq barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib. “Vergi məsələləri” üzrə mübahisənin baş verməsi göstərilib.

Xatırladaq ki, “AtaHoldinq” 2003-cü ildə yaradılmaqla 40 mln. manat nizamnamə kapitalına sahibdir. Holdinq, ölkədə texnologiya, idman, turizm lizinq və sığorta kimi sahələrdə biznes fəaliyyətinə sahibdir

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir