Top.Mail.Ru
bannerGÜNDƏM

Binə qəsəbəsində 2014-cü ilin etiraz aksiyalarından dərs çıxarılmayıb-VİDEO

2014 –cü ildə Binə  sakinləri qəsəbə yollarının keçilməz vəziyyətinə və yerli icra hakimiyyəti orqanlarının bu problemə laqeydliyinə etiraz olaraq küçəyə çıxdılar və yolu kəsdilər.

2 minə yaxın qəsəbə sakininin qatıldığı etiraz aksiyasının yatırılması zamanı polislə qarşıdurma oldu. Əlavə polis qüvvələrinin cəlb olunmasından sonra sakinlərin aksiyası sərt güc tətbiq olunmaqla dağıdıldı, həbslər aparılıdı.

Saytların yığılması Saytların yığılması

Yəni məmurların dırnaqarası baxdığı kiçik problem böyük etiraza çevrildi.

Xarici mətbuat Azərbaycanda asayişin pozulmasından, demokratiyanın “boğulması”ndan yazdılar. Yəni düşmənlərin əlinə fürsət verdik.

Niyə? 3-4 başıboş məmur vəzifəsini icra etməmişdi.

Kaim.az bildirir ki, indi Binə qəsəbəsində başqa problem var. Yolllar yağışdan sonra gölə dönür, kanalizasiya xətti yox. Binə bələdiyyəsi, icra nümayəndəliyi yenə istəyirlər ki, etirazlar olsun? Siz kimə çalışırsız, cənablar, kimin dəyirmanına su tökürsüz?

Əgər problemdən xəbəriniz yoxdursa, videoya baxın.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir