Top.Mail.Ru
bannerGÜNDƏM

“Cəbhədə can qoyan qəhrəmanlar kənarda qalıb, nazir kimlərə təltif önərir” – ŞOK ADLAR

44 günlük şanlı Vətən Müharibəsidə vətəndaşların böyük əksəriyyətini eyni sual düşündürdü. Biz niyə Nəcməddin Sadıkov və müdafiə naziri Zakir Həsənovu ortada görmədik? Bütün müharibə planlarına və əməliyyatlara cənab Prezident, Ali Baş Komandan rəhbərlik etdi.

Sosial şəbəkələrdə və sosial mediada isə qələbə xəbərləri ilə yanaşı Müdafiə Nazirliyinin rəhbər şəxsləri barədə söz- söhbət səngimək əvəzinə daha da alovlandı. Azərbaycan Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun ev həbsində olduğu, nazir Zakir Həsənovun isə döyüş planlarından və təşkilindən uzaq dayandığı deyildi. Yalnız sülh bəyənnaməsi imzalanandan sonra biz naziri görə bildik. Qalib ölkə olsaq da, ölkənin Müdafiə Nazirliyi barədə narazı fikirlər çoxdur. Mən bu qurumun ən korrupsiyalaşmış , rüşvətin inkişaf etdiyi, yeyintiyə yol verilən qurum olduğunu deyərdim. Çox azərbaycanlı zabit və generallar ordumuzdan şər və böhtanla uzaqlaşdırılıblar. Onların böyük əksəriyyəti xalqına xidmət edən, əsgərinə qayğı göstərən milli ruhlu zabitlər olub.

Saytların yığılması Saytların yığılması

Bütün bunlarda Nəcməddin Sadıkovun böyük rolu oldu. Nəcməddin Sadıkov öncəki müdafiə naziri Səfər Əbiyevin dövründə indiki qədər əl-qol aça bilmirdi. Çünki Səfər Əbiyev Heydər Əliyevin kadrıydı. Zakir Həsənovu isə vəzifəyə Ramiz Mehdiyev gətirdib. Zakir Həsənov Rusiyadan Azərbaycana gələndə Qarabağa yox, Daxili Qoşunlarda xidmətə getdi. Bu adamın Qarabağda döyüşlərdə iştirakı olmayıb. Mənim fikrimcə, Zakir Həsənov və Nəcməddin Sadıkov Rusiyada yetişmiş kadrlar olaraq eyni maraqlara xidmət edirlər. Onlar Türkiyədə zabitlərimizin yetişməsini məhdudlaşdırdılar və Türkiyədə yetişən zabitlərə elə də simpatiya göstərmirlər.

Müdafiə Nazirliyinin aldığı keyfiyyətsiz silahlar, ordudan incidilərək uzaqlaşdırılan generallar, hərbi hissələrdəki yeyinti və mənimsəmə faktları mütləq şəkildə yoxlanılmalıdır.

Müharibədən sonra dövlət başçısına təltif olunmaq üçün təqdim olunan siyahıdan da narazılıqlar var. Döyüşlərdə can qoyanlardan çox, masa başında olub, sadəcə, nazirin qohumu olduğu üçün ad alanlar var. Bu barədə bütün gün müxtəlif media orqanlarında yazılır, deyilir, cəbhədə can qoyan sadə qəhrəmanlar kənarda qalıb, niyə qohum-əqrəbalar təltif siyahısına salınıb? Bu qəsdən narazı salmaq deyil, bəs nədir?

Hesab edirəm ki, Türkiyədə “Bayraktar” zavodu ərazisində qanunsuz çəkiliş aparan Aytac Carçıyevanın adı təsadüfi çəkilmədi. Aytac Carçıyevanın qardaşı Zakir Həsənovun müşaviridir. Bir qohumu da Kərəm Vəliyevin köməkçilərindəndir. Məncə, hadisə təsadüfi deyildi.

Nəcməddin Sadıkovun adı hələ 2016-cı ilin aprel döyüşlərində hərbiçilərimiz tərəfindən nifrətlə çəkilməyə başladı. Çünki zabit və komandirləri yalan yerə ittiham edərək həddən artıq incitdi, həbs etdirdi.

 

Dövlət başçısının qarşısına Sadıkov tərəfindən tərtib edilib qoyulmuş planda Ağdam və Ağdərə rayonlarından hücum planı var idi. Məhz bu plan çoxlu sayda əsgər ölümləri və məğlubiyyətlə nəticələnməyə düçar idi ki, ordu da, xalq da ruhdan düşsün, Qarabağı azad etmək planlarından əl çəksin. Ali Baş Komandan bu planı görüb onu özünəqəsd adlandırmışdı. Bəs bu planı dövlət başısının qarşısına qoyan Sadıkov nə planlayırdı?

Sadıkov və Həsənovun növbəti hədəfi elit bölmələr və Hikmət Mirzəyev idi. Lakin Ali Baş Komandanən hərbi məsələlər üzrə müşaviri Mirzəyevi qorudu və bu generalımızın qələbəmizdə böyük payı var.

Mənim məlumatıma görə, Zakir Həsənovun kiçik oğlu Zaur Londonda 6 milyon funt-sterlinqə alınmış daşınmaz əmlaka malikdir. O nazirin qudası, Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyasının keçmiş rəisi, hərbi həkim Elxan İbrahimovun qonşuluğunda mülk alıb. Yəqin ki, bu mülkü maaşla aldığını kimsə iddia edə bilməz.

“Şüşəli bazar”ın arxasında hərbi hissə var idi. Hərbi hissə ləğv edildi, nazirliyin balansında olan həmin torpaqlarda Zakir Həsənovun, Sadıkovun və qohumlarının villaları ucaldıldı. Eyni villalardan Badamdar qəsəbəsində də var.

Əldə etdiyim məlumata görə, yaxın zamanlarda Müdafiə Nazirliyində bütün sahələr üzrə audit yoxlamalar keçiriləcək. Ondan sonra çox işlərin gün işığına çıxacağına ümid edirəm.(https://azerforum.com/

 

Ermənilər qələbəmizi həzm edə bilmirlər. Həm də təkcə ermənilər yox. Ölkədə fəaliyyətdə olan beşinci kalon diş qıcayıb, fürsət gözləyir. Bu kimi hallar, əsgəri narazı salmaq, əsgər ailəsini narazı salmaq xalqı ruh düşkünlüyünə salmaqdır. Biz prezidentimizn ətrafında birləşmiş xalqın etimadını, sevgisini zədələnməyə qoymamalıyıq, dəmir yumruq daha da möhkəmlənməlidir. Bütün sadaladığım iradar da məhz onun üçündür ki, milli birliyimiz, dövlətçiliyimiz ziyan görməsin. Ordu xalqın vuran qoludur. Öz ordusunu yedizdirməyən dövlət, başqalarının ordusuna xidmət eləməli olur. Bunu unutmaq olmaz. Hər daim şəffaflıq, düzgünlük vacibdir. Nahaq yerə işindən uzaqlaşdırılmış zabitlərimizin işi, mənimsəmə faktları araşdırılmalıdır. Nə qədər ki, Müdafiə Nazirliyindən Ramiz Mehdiyevin yerləşdirdiyi kadrlar uzaqlaşdırılmayıb belə narazılıqlar davam edəcək. Bu narazılıqlar da məhz ölkə başçısının gördüyü işlərə kölgə salmaq üçün planlaşdırılır.

Elçin Axundzadə, Hərbi ekspert, ehtiyatda olan zabit

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir