Top.Mail.Ru
GÜNDƏM

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimadın göstəricisidir – Qəmzə Yusubova

Bərpaolunan və “yaşıl enerji” əsasında istehsal olunan elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni bir eranın başlanğıcıdır.

Bunu Trend-ə açıqlamasında “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova söyləyib.

Saytların yığılması Saytların yığılması

Onun sözlərinə görə, “yaşıl enerji” siyasəti Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilib.

“2030-cu ilə qədər ölkəmizdə yaşıl və bərpaolunan enerjinin istehsalının 30%-ə qədər artırılması nəzərdə tutulur. Bu sahədə böyük işlər görülür. Azərbaycanda pioritet məsələlərdən biri “yaşıl enerji”nin artırılmasıdır.

 

Ölkəmizdə bərpaolunan enerji potensialı yüksəkdir. Prezident İlham Əliyev tərəfindən təkcə Qarabağ yox, həm də Şərqi Zəngəzur və Naxçıvan zonası da “yaşıl enerji” zonası kimi qəbul edilib. Azərbaycanda yaşıl potensialı və bərpaolunan enerji əsasında istehsal edilən elektrikin ixracı ilə artıq Avropada da nüfuz qazanıb. Ölkəmiz artıq bərpaolunan enerjidən alınan elektrik ixracatçısı kimi tanınır”.

Q.Yusubova bildirib ki, bu il ölkəmizdə iqlim dəyişmələri ilə bağlı beynəlxalq COP29 konfransı keçiriləcək.

“Bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimadın göstəricisidir. Bu konfrans Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin əsas göstəricilərindəndir. Belə tədbirlər inkişaf etmiş ölkələrdə keçirilir. Azərbaycan qeyd olunan bütün kriteriyalara ən yüksək səviyyədə cavab verir”, – deyə o qeyd edib.

Bənzər yazılar