Top.Mail.Ru
GÜNDƏM

Düşmən əsgərləri Hadrut ətrafındakı meşəliklərdə gizlənir

44 günlük müharibədə sağ qalan və döyüşdən qaçıb meşələrdə gizlənən düşmən əsgərlərindən bir qrupu Hadrut ətrafındakı meşəliklərdə gizlənir. Və xilas olmağa can atır.

Kaim.az  xəbər verir ki, bu haqda müxalif “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Naira Zöhrabyan danışıb.

Saytların yığılması Saytların yığılması

O bildirib ki, övladları döyüşlərdə itkin düşmüş valideyinlərlə müntəzəm olaraq görüşür. Həmin valideyinlərdə sübutlar var ki, övladları sağdır və Hadrut ətrafındakı Vəng kəndinin yaxınlığında, meşəliklərdə gizlənirlər.

“İtkin düşmüş əsgərlərdən biri David Adumyanın anası əmin edir ki, təxminən  gün əvvəl meşədə gizlənən əsgərlərimiz Dağlıq Qarabağda “911” xilasetmə xidmətinə zəng vura biliblər və meşədə olduqlarını deyiblər, kömək istəyiblər. İnternetdə artıq iki gündür ki, meşələrdə mühasirəyə düşən əsgərlərimiz haqda video yayılır, onlara təcili kömək lazımdır”, – deyə Zöhrabyan bildirib.

Deputatın sözlərinə görə, Dağlıq Qarabağdakı qondarma rejim bu haqda Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradova bildirib və axtarış işləri başlayıb.(virtualaz.org)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir