Top.Mail.Ru
GÜNDƏM

Nazir Mədət Quliyev Türkiyənin ölkəmizdəki yeni səfiri Cahit Bağçı ilə görüşüb – FOTO

10 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri Cahit Bağçını qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən KAİM.az-a verilən məlumata görə, Mədət Quliyev səfir Cahid Bağçını təyinatı münasibətilə təbrik edərək, onun iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.

Saytların yığılması Saytların yığılması

Nazir bildirib ki, dövlətlərimiz arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi-texniki sahədə də sıx əməkdaşlıq əlaqələri mövcuddur. Görüş zamanı bu sahədə gələcək inkişaf perspektivləri müzakirə edilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

M.Quliyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev uzaqgörən siyasət yürüdərək Azərbaycana qarşı ikili standartlar tətbiq edən bir sıra dünya ölkələrinin və xarici təşkilatların gələcəkdə ölkəmizə silah satmaqdan imtina edə biləcəyi ehtimalını gözə alaraq 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması təşəbbüsünü irəli sürüb.

Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsində hərbi əməliyyatlar zamanı yerli hərbi sənayemizin istehsalı olan bir sıra silah və texnikalardan aktiv istifadə edilməsi bu qərarın düzgün və zamanında qəbul edildiyini bir daha sübut etdi.

Görüş zamanı həmçinin nazir xalqımızın möhtəşəm qələbəsi ilə bitən Vətən müharibəsi dövründə Türkiyənin dövlətimizə verdiyi mənəvi və siyasi dəstəyi yüksək qiymətləndirdiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi münasibətlərinin iki qardaş ölkə arasındakı çoxəsrlik dostluq əlaqələrinin daha da inkişafına zəmin yaratdığını qeyd edib.

Sonda Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Cahit Bağçı səmimi qəbula görə nazir Mədət Quliyevə təşəkkürünü bildirib. Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir