Top.Mail.Ru
GÜNDƏM

Şəhid atasının əlillik müavinətini KƏSDİLƏR – “Böyrəklərimi GERİ QAYTARIN!”

Mingəçevir sakini Birinci Qarabağ müharibəsi iştirakçısı, Vətən müharibəsi şəhidi İsmayılov Vüqarın atası, ikinci qrup əlil Eldar İsmayılov üzləşdiyi problemlə bağlı danışıb.

KAİM.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Eldar İsmayılov Birinci Qarabağ döyüşlərində iştirak edib. Müharibədən gəldikdən sonra səhhətində problem yaranıb. Böyrək çatışmazlığı diaqnozu ilə 2009-cu ildən başlayaraq müavinət alıb. Bundan sonra böyrəklərində ciddi fəsadlar yarandığı üçün 2015-ci ildə əməliyyat olunaraq böyrəyinin biri götürülüb.

Saytların yığılması Saytların yığılması

Şəhid atası deyir ki, saz ifaçısı olub. İş qabiliyyətini itirdikdən sonra ailəsini bu peşə ilə dolandırıb. Amma əlində problem yarandığından işi ilə məşğul ola bilmir. Fevral ayından etibarən Eldar İsmayılovun müavinətini kəsiblər.

Bununla bağlı Mingəçevir şəhər Xəstəxanasına müraciət edilsə də xəstəxananın nevroloq həkimi Allahverdi Alıyev Yeniavaz.com-a deyib ki, xəstənin keratin həddi uyğun olmadığına görə, o yenidən əlillik meyarına uyğun gəlmir.

Şikayətçi isə həkimin dedikləri ilə razı deyil:

“Əgər mənim səhətimdə problem yox idisə niyə hər il Mingəçevir xəstəxanasında komisiyanın yoxlamalarından keçirdim. Mənə müavinət düşmürsə böyrəklərimi yerinə qoysunlar. 12 il aldığım pulu geri qaytarmağa hazıram. Özəl xəstəxanalar mənim kereatinimi yüksək göstərir, icbari tibbi sığorta isə aşağı. Mən bilmirəm hansı xəstəxananın analiz cavablarına inanım”.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir