Top.Mail.Ru
bannerGÜNDƏM

SON DƏQİQƏ! Prezidentin təltif etdiyi general VƏZİFƏDƏN AZAD EDİLDİ – FOTO

Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusnun komandanı general-mayor Mübariz Rzayev vəzifəsindən azad olunub.

KAİM.az xəbər verir ki, bu barədə report-a hərbi mənbələrdən məlumat verilib.

Saytların yığılması Saytların yığılması

General-mayor öz istəyi ilə ordu sıralarından ehtiyyata buraxılıb.

Qeyd edək ki, M.Rzayev 1968-ci il mayın 20-də Lənkəran şəhərində anadan olub. O, Vətən müharibəsinin komandanlarından biri olub, Cəbrayıl, Xocavənd, Zəngilan və Qubadlı rayonunlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib.

 

M.Rzayev 44 günlük Vətən müharibəsində şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

O, 2021-ci il martında Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusnun komandanı təyin olunmuşdu.

mənbə: Publika.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir