Top.Mail.Ru
GÜNDƏM

Türkiyə naziri Naxçıvana qaz çəkilişindən danışdı: “SOCAR məlumatları təsdiq etsə işlərə başlayacağıq”

Naxçıvan Muxtar Respublikasına təbii qaz xəttinin çəkilməsilə əlaqədar layihə ilə bağlı bəzi texniki məlumatlar təsdiqlənməlidir.

KAİM.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez danışıb.

Saytların yığılması Saytların yığılması

Naxçıvana qaz kəmərinin çəkilişi ilə bağlı sualları cavablandıran nazir bildirib ki, hazırda müvafiq texniki məlumatların təsdiqlənməsi gözlənilir:

“Bu təsdiqlər əldə edilən kimi xəttin tikintisinə başlayacağıq. Bizim hazırlıqlarımız yekunlaşıb. Birgə layihə davam edir. Anlaşma memorandumundan fərqli olaraq bəzi texniki məlumatlar bizimlə paylaşılmalıdır. Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) bu məlumatları bizə təqdim etdiyi təqdirdə işlərə start verəcəyik”.

/ oxu.az

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir