Top.Mail.Ru
GÜNDƏM

Türkiyədə ölən əsgər anasının cənazəsi VƏTƏNƏ GƏTİRİLDİ

Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən Rəşad Hacızadə anasının müvəqqəti yaşadığı Türkiyənin Balıkəsir şəhərində dünyasını dəyisməsi və mərhumun cənazəsinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib.

KAİM.az-a verilən məlumata əsasən, Azərbaycan ordusunun əsgərinin müraciətinə dərhal cavab verilib və Azərbaycan Respublikasının vətəndaşı, 1970-ci il təvəllüdlü Hacıyeva Afaq Yaqub qızının nəşinin ölkəmizə gətirilməsi üçün bütün addımlar atılıb. Cənazə artıq Türkiyədən yola salınıb və bu gün axşam Bakıya çatacağı gözlənilir.

Saytların yığılması Saytların yığılması

Qeyd edək ki, Afaq Hacızadə qızı Nərmin Hacızadənin Türkiyədə təhsil alması səbəbindən  qonşu ölkədə müvəqqəti yaşayırmış.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir