Top.Mail.Ru
GÜNDƏM

Türkiyənin Xəzərlə bağlı BU addımı İranı NARAHAT etdi: Xəzərdə GƏRGİNLİK ARTIR

Xəbər verdiyimiz kimi, İranın Xəzər dənizində geniş miqyaslı keçirdiyi hərbi təlimlər keçirir. Təlimlərə müxtəlif növ hərbi gəmilər, çoxsaylı raket sistemləri, təyyarələr, helikopterlər və PUA-lar cəlb olunub. Bundan əlavə Rusiya da analoji olaraq təlimlərə start verib.

KAİM.az xəbər verir ki, bu barədə Metbuat.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Türkiyə və Azərbaycanın birgə təlimləri, Xəzər dənizi hövzəsində Ankaranın aktiv fəaliyyəti Moskva-Tehran tandemini narahat edir.Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə“Ötən həftə Türkiyə prezidenti və Türkmənistan dövlət başçısı arasında telefon danışığı olub. Bu telefon danışığı əsasən, “Transxəzər” qaz kəmərinin çəkilməsi ətrafında aparıldığı da, istisna deyil. Məhz Türkiyənin aktiv vasitəçiliyi ilə uzun illər İranın Türkmənistanın təzyiqi neytrallaşdırılaraq, Azərbaycanla mübahisəli Kəpəz yatağının birgə işlənməsinə razılıq verdi.

Saytların yığılması Saytların yığılması

Hazırda Ankaranın əsas planı TransXəzər qaz kəmərinin dənizin dibi ilə çəkilməsidir. Rusiya və İran uzun illərdir ki, dənizin dibi ilə boru kəmərinin çəkilməsinə mane olurlar. Buna səbəb kimi ekoloji böhranı göstərirdilər. Göründüyü kimi, Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyaya açılımı İranı aktiv hərbi akitvliyinə səbəb olub. Məhz Xəzər dənizində provakasiyali təlimləri bu narahatlıqdan irəli gəlir”.

Bəs Türkiyənin Xəzər dənizində olan maraqları nədən ibarətdir?

“İndi Türkiyə artıq güclənib. Türkiyənin əsas marağı burada İranın mövqelərini zəiflətmək və tranzit olaraq Mərkəzi Asiyaya çıxaraq və Xəzərin dibi ilə qaz kəmərini çəkməkdir”.

Politoloq deyir ki, İran belə bir təlimlər ilə “Transxəzər” qaz kəmərinin çəkilməsinə nail ola bilməyəcək. Türkiyənin aktiv siyasi-hərbi və iqtisadi planın regionda qarşısında duruş gətirməsi mümkün deyil.

“Bu kimi təlimlərlə Tehran dənizdə militarist siyasət ortaya qoymaqla aktiv neft və qaz infrastrukturlarını təhdid edir. Regionda və Xəzər hövzəsində baş verən sürətli siyasi-iqtisadi vəziyyət, Azərbaycan və Türkiyənin maraqlarına xidmət edir. Qeyd edim ki, Prezident İlham Əliyev və R. T. Ərdoğanın Qarabağ müharibəsində uğurlu siyasi gedişləri Mərkəzi Asiyaya enerji sferasına yönəlib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir