Top.Mail.Ru
KRİM - XRONİKA

Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi – YENİLƏNDİ

Aprelin 19-də saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

KAİM.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Saytların yığılması Saytların yığılması

Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

xxx

Aprelin 19-də saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə KAİM.az -a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

xxx

03:13

Sumqayıtda ərlə arvad qətlə yetirilib.

KAİM.az xəbər verir ki, hadisə 41-ci məhəllədə 18 saylı yataqxanada qeydə alınıb.

Belə ki, Zərifə adlı qadın və həyat yoldaşı Hakim (soyadları dəqiqləşdirilir – red.) qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar