Top.Mail.Ru
KRİM - XRONİKA

Gəncədə yanğın olub, ölən var – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.

FHN-dən APA-ya verilən xəbərə görə, Gəncə şəhərində ümumi sahəsi 190 m² (hər mərtəbəsi 95 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Saytların yığılması Saytların yığılması

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

11:38

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bursa küçəsində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evində yanğın olub. Dərhal əraziyə FHN-in yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın kəşfiyyatı zamanı evdən 1966-ci il təvəllüdlü Kamil Quliyevin meyiti tapılıb. Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gəncədə yanğın olub, ölən var - FOTO - YENİLƏNİB

Bənzər yazılar