“Qarabağ”ın matçında cinayət törətmiş şəxs həbs olundu
![](https://kaim.az/wp-content/uploads/2021/11/methode_times_prod_web_bin_9878cb5c-06b9-11ec-89b3-29a9a04e8645.jpg)
Avropa Konfrans Liqasının pley-off mərhələsində keçirilmiş “Aberdin” – “Qarabağ” matçı zamanı cinayət hadisəsi baş verib.
Oxu.Az-ın xəbərinə görə, Şotlandiyanın Aberdin şəhərindəki “Pitodri” stadionunda keçirilən matç zamanı 65 yaşlı kişi 26 yaşlı oğlana hücum etməkdə təqsirli bilinərək həbs edilib.
İttihama görə, o, avqustun 26-da axşam saat 21:10 radələrində Avropa Konfransı Liqasının pley-off mərhələsinin “Aberdin” – “Qarabağ” matçı zamanı cinayət törədib.
Polis konsteblisi Sem Eter onun tutulmasına görə ictimaiyyətə təşəkkür bildirib:
“Biz bu təhqiqatın sona çatdırılmasında göstərdikləri köməyə görə ictimaiyyətə təşəkkür etmək istərdik”.
Qeyd edək ki, cavab oyunu sayılan bu matçda “Qarabağ” rəqibinə 3:1 hesabı ilə qalib gələrək sözügedən turnirin qrup mərhələsinə vəsiqə qazanıb.