Top.Mail.Ru
İDMAN

AVRO-2020: İspaniya qalib gəldi – YENİLƏNİB

Bu gün Avropa çempionatının 1/8 final mərhələsində Xorvatiya İspaniya ilə qarşılaşacaq.

KAİM.az xəbər verir ki, bu görüşdə növbəti 1/4 finalçı məlum olacaq.

Saytların yığılması Saytların yığılması

AÇ-2020 1/8 final 20:00.

Xorvatiya – İspaniya

Matç başladı.

***

Xorvatiya hesabı açdı.  20-ci dəqiqədə Simon öz qapısına qol vurdu.

***

Hesab bərabərləşir. 38-ci dəqiqədə Sarabia bərabərlik qolunu vurur.

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

İspaniya hesabı 2:1 edir. Sezar Aspilikueta 57-ci dəqiqədə fərqlənir.

***

İspaniya hesabı 3:1 edir. 77-ci dəqiqədə Fernan Torres fərqlənir.

***

Xorvatiya 2-ci qolu vurur və hesab 2:3 olur. Orşim 85-ci dəqiqədə fərqlənir.

***

Xorvatiyadan bərabərlik qolu. Paşaliç 90+3-cü dəqiqədə fərqlənir.

***

Qarşılaşmada 90 dəqiqə başa çatdı. Əlavə hissələr oynanılacaq.

***

Əlavə olunmuş ilk hissə başladı.

***

Alvaro Morata hesabı 4:3 edir. O, 100-cü dəqiqədə fərqlənir.

***

İspaniya hesabı 5:3 edir. 103-cü dəqiqədə Oyarzabal fərqlənir.

***

Matç bitdi. İspaniya 1/4 finala adlayıb. Onun rəqibi Fransa – İsveçrə görüşündə bəlli olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir