Top.Mail.Ru
İDMAN

AVRO-2020:Yarımfinal mərhələsi START GÖTÜRÜR

Bu gün AVRO-2020-nin həlledici hissəsi start götürəcək.

KAİM.az-ın məlumatına görə, turnirin son 6 günündə yarımfinal və final görüşləri təşkil olunacaq. Bu matçların hamısı İngiltərənin paytaxtı Londonda keçiriləcək. Həlledici qarşılaşmalara “Uembli” ev sahibliyi edəcək.

Saytların yığılması Saytların yığılması

İlk finalçı bu gün bəlli olacaq. İtaliya millisi İspaniya ilə qarşılaşacaq. Yeganə qitə çempionluğu 53 il öncəyə təsadüf edən apenninlilər üçqat Avropa çempionunu keçməyə çalışacaq.

İkinci yarımfinalçılardan biri meydan sahibləri olacaq. İlk qitə çempionluğunu doğma məkanda qazanmağa köklənən İngiltərə turnirin sürpriz komandası Danimarka ilə qarşılaşacaq. Qonaqlar 29 il əvvəlki nailiyyətini təkrarlamaq üçün futbolun yaradıcılarını keçməlidir.

Qeyd edək ki, iyulun 11-dəki final oyunu da “Uembli”də keçiriləcək.

AVRO-2020
Yarımfinal

6 iyul
23:00. İtaliya – İspaniya
London. “Uembli” stadionu

7 iyul
23:00. İngiltərə – Danimarka
London. “Uembli” stadionu

Final
11 iyul, 23:00
London. “Uembli” stadionu

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir