Top.Mail.Ru
İDMAN

Azərbaycanlı boksçu dünya çempionatında ilk görüşünü ERMƏNİ İLƏ KEÇİRƏCƏK

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyinə start verilib.

KAİM.az xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

Saytların yığılması Saytların yığılması

56 kq çəki dərəcəsində mübarizə aparan Əzrək Bəbirov 1/16 final mərhələsi çərçivəsində Məqsəd Yusifovla (Qırğızıstan) qarşılaşıb. Boksçumuz rəqibinə 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, 1/8 finalda ilk mərhələdən azad olan tailandlı Fanuvat Çucan-Atla üz-üzə gələcək. Bu qarşılaşma aprelin 17-də baş tutacaq.

Bu gün isə iki boksçumuz debüt edəcək. 52 kq-da yeniyetmələr üzrə Avropa çempionumuz Əli Zamanov Ermənistan təmsilçisi Ruben Qarboyanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 91 kq-da Əsəd Baxışov dünya çempionatında ilk qarşılaşmasını Ramazan Dadayevə (Rusiya) qarşı keçirəcək. Bu görüş saat 18:15-ə təsadüf edəcək.

Qeyd edək ki, yığmamız 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyində doqquz idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq. / oxu.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir