Top.Mail.Ru
İDMAN

DÇ-2022: Macarıstanlı azarkeşlər polislərlə DALAŞIB

Macarıstanlı azarkeşlər milli komandanın səfərdə İngiltərə ilə 1:1 hesablı heç-heçə etdiyi 2022-ci il dünya çempionatının seçmə oyunu zamanı polislərlə dalaşıb.

“Report”un məlumatına görə, qarşılaşma başlamazdan əvvəl İngiltərə yığmasının oyunçuları irqçiliyə qarşı diz çöküblər.

Saytların yığılması Saytların yığılması

Macarıstanlı fanatlar həmin vaxt futbolçuları fitə basıb və azarkeşlərdən biri stüardı irqçilik zəminində təhqir edib.

Stadiondakı polis əməkdaşları bu hadisəyə cavab veriblər və bir nəfəri saxlayıblar. Bundan sonra isə digər fanatlar polislərlə münaqişəyə girib. Hüquq-mühafizə orqanları kütləni dağıtmaq üçün dəyənəklər istifadə edib.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir