Top.Mail.Ru
İDMAN

MDB Oyunları: Azərbaycanın badminton yığması Rusiyaya uduzub

Azərbaycanın yeniyetmə və gənc badmintonçulardan ibarət millisi Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında növbəti görüşünü keçirib.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, komanda qrup mərhələsinin 4-cü turunda Rusiya yığmasına 0:5 hesabı ilə uduzub.

Saytların yığılması Saytların yığılması

Hazırda turnir cədvəlində ikinci sırada qərarlaşan milli Bakı vaxtı ilə saat 16:00-da Qazaxıstanı təmsil kollektivlə üz-üzə gələcək. Badmintonçular bu görüşdə qalib gələcəyi təqdirdə, komanda yarışında gümüş medallara sahib çıxacaq.

Sabah isə 5 kateqoriya üzrə yarışlar start götürəcək. Şəxsi oğlan və qızlar, qoşa oğlan və qızlar və qarışıq-qoşa yarışlarında qaliblərin adına sentyabrın 11-də aydınlıq gələcək.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir