Top.Mail.Ru
İDMAN

ŞAD XƏBƏR! Teymur Rəcəbov məşhur turnirin üçüncülük uğrunda ilk matçında QALİB GƏLDİ

Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində final və üçüncülük uğrunda qarşılaşmalara start verilib.

KAİM.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da üçüncülük uğrunda ilk qarşılaşmasına çıxıb.

Saytların yığılması Saytların yığılması

Təmsilçimiz fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib və qələbə qazanıb.

İlk partiyada qara fiqurlarla heç-heçə edən qrossmeysterimiz ikinci partiyada ağlarla qalib gəlib.

Növbəti oyunda rəqib “ağlar”la oynamağın üstünlüyündən yararlanıb.

Buna baxmayaraq sonuncu, həlledici görüşdə qələbə qazanan Rəcəbov yekunda 2.5:1.5 hesabı ilə qələbə qazanıb.

Yarımfinalda təmsilçimizə qalib gələn ABŞ şahmatçısı Uesli So və norveçli dünya çempionu Maqnus Karlsen isə finalın ilk matçında heç-heçə edib – 2:2. Hər iki cütdə ikinci matç sabah baş tutacaq./oxu.az

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir