Top.Mail.Ru
İDMAN

Tanınmış klubun futbolçuları tətil ELAN EDİBLƏR

Braziliyanın “Kruzeyro” klubunun futbolçuları tətil elan ediblər.

“Report” “Globo Esporte” nəşrinə istinadən xəbər verir ki, oyunçular maaş gecikmələrinə görə bu addımı atıblar. Onlar məşqə çıxmaqdan boyun qaçırıblar.

Saytların yığılması Saytların yığılması

B Seriyasında çıxış edən klub hazırda ciddi maliyyə problemləri yaşayır. 6 aydır oyunçularına və əməkdaşlarına məvacib verə bilməyən “Kruzeyro”da borcların bir hissəsi sentyabrda ödənilib.

Vəziyyətin dözülməz həddə çatdığını söyləyən futbolçular çıxış yolunu məşqləri və oyunları boykot etməkdə görürlər.

Qeyd edək ki, “Kruzeyro” hazırda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Komandaya Braziliya millisinin sabiq baş məşqçisi Vanderley Luşemburqo rəhbərlik edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir