Top.Mail.Ru
İDMAN

Teymur Rəcəbovun yarimfinal oyunun nəticəsi BƏLLİ OLDU

Qrossmeysterimiz Teymur Rəcəbov Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün növbəti görüşlərini keçirib.

KAİM.az offsideplus.az-a istinadən xəbər verir ki, təmsilçimiz ABŞ-lı rəqibi Uesli So ilə münasibətlərə aydınlıq gətirib.

Saytların yığılması Saytların yığılması

Dünən rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Rəcəbov finala vəsiqə qazanmaq üçün ilk növbədə, bugünkü 4 qarşılaşmanın yekununda qalib olmalı, daha sonra isə tay-breyk və ya armageddon qələbə ilə ayrılmalı idi.

Lakin ilk iki partiyada heç-heçə edən şahmatçımız 3-cü görüşdə məğlub olduğundan 4-cü qarşılaşmaya ehtiyac qalmayıb. Yekunda 2:1 hesabı ilə uduzan Rəcəbov finala çıxmaq şansını əldən verib. O, sabah 3-cü yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir