Top.Mail.Ru
bannerMANŞET

Göyçay icra başçısından ŞƏHİD ATASI tərəfindən ŞİKAYƏT! Baxımsız ŞƏHİDLƏR XİYABANI-FOTO+VİDEO

Son aylarda bir çox icra hakimiyyətlərinin şəhid ailələrinə məsuliyyətsiz və vətənpərvərlikdən uzaq tərzdə yanaşmaları sosial şəbəkə və xəbər saytlarının əsas gündəm məsələsinə çevrilib. Bu gün redaksiyamıza daxil olan şikayət mətnində daha bir narazılıq öz əksini tapıb. Həmin məlumatı müdaxiləsiz nəzərinizə çatdırırıq:
“Göyçay rayonu Çərəkə kənd sakini şəhid atası Şirinov Bağır Eldar oğlu tərəfindən ŞİKAYƏT
Mənim oğlum Eldar Bağırov Vətən müharibəsində 6 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə polkovnik leytenant Orxan Əkbərov, Elnur adlı mayor, gizir Sübhan Abduraxmanov, Şakir adlı MAXE, gizir Hüseyn Qasımov  və mənim oğlum Eldar Şirinov ermənilərlə  bir neçə saat döyüşüb, mühasirəni yarıb özləri şəhid olmaqla 70-dən çox hərbiçimizin sağ qalmasına nail olublar.
Eldar ailənin tək oğlu idi.
Oğlumun dəfn edildiyi Göyçay rayon Çərəkə kənd Şəhidlər Xiyabanı çox baxımsız bərbad gündə idi. Şəhidliyinə görə aldığımız 11.000 manat sığorta pulunu şəhidlər xiyabanının abadlaşdırılmasına xərcləmişəm. Oraya işıq dirəyi qoyub böyük projektorlu işıq çəkdirmişəm, 32 metr hündürlüyündə bayraq dirəyi quraşdırmışam, şəhidlər üçün lövhə yerləşdirmişəm, ancaq rənglənib təmir edilməlidir. Kol-kos basmış parkı təmizlətdirib ağaclarını budayıb ətəyini rəngləmişəm. Hazırda isə arzum orada şəhidlər bulağı inşa etdirməkdir.
Ancaq Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bir dəfə də olsun şəhid ailəsi ilə, şəhidlər xiyabanı ilə maraqlanmayıb, heç bir köməklik göstərməyib. Onun bu laqeydliyi mənə çox pis təsir göstərir. Eşitmişəm digər yerlərdə şəhidin məzarının düzəldilməsi üçün icra hakimiyyəti tərəfindən şəhid ailəsinə 1500 manat pul verilir, ancaq Göyçay icra başçısı 500 manat pul vermişdir. Mən şəhid oğlumun məzarının düzəldilməsinə 1900 manat pul xərcləmişəm.
İcra başçısı Çərəkə kənd şəhidlər xiyabanına su çəkilməsinə nə razılıq vermir, nədə ki, köməklik göstərmək istəmir. Hələ Şəhidlər Xiyabanının girişi və yan tərəfi çox bərbad gündədir.
Yuxarıda qeyd etdiyim kimi mənim oğlum Eldar əsgər olsada 5 nəfər zabitlə birlikdə bir neçə saat erməni hərbiçiləri ilə vuruşub mühasirədə olan 70 nəfərdən çox əsgərimizi xilas etməklə özləri qəhrəmancasına şəhid olublar. Bunu sağ qalmış hərbiçilər mənə danışanda qürur duyuram, fəxr edirəm ki, belə bir qəhrəman oğlanın atasıyam.
Ancaq ona pis oluram ki, icra başçısı Mehdi Səlimzadə bir dəfə də olsun şəhid ailəsi və şəhidlər xiyabanı ilə maraqlanmayıb. 
Biz şəhid ailəsi olaraq mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirik şəhid ailəsinə laqeydlik göstərən şəhidlər xiyabanını baxımsız qoyan icra başçısı barədə tədbir görəsiniz və oğlumuz Eldarın qəhrəmancasına şəhid olmasını araşdırıb ona layiq olduğu adı verəsiniz.
Əlaqə telefonu: (050) 388-85-31″

KAİM.az

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir