Top.Mail.Ru
bannerMANŞET

“5–ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi – “Media İmperator”u oliqarx generalın erməni sevgisi – 1-ci yazı

30 ilə yaxındır ki, ölkənin əsas məmurlarından biri olan Kəmaləddin Heydərovun ölkənin var –dövlətini talaması barədə mediada silsilə yazılar dərc olunmaqdadır. Biz Realliq.TV olaraq bu məmurun keçmişi və indiki fəaliyyəti ilə bağlı apardığımız geniş araşdırmaları diqqətinizə çatdırırıq.  Əvvəllər Dövlət Kömrük Komitəsinin sədri, hazırda Fövqəladə Hallar naziri postunda olan Heydərovun keçmişinə qısa nəzər salaq.

Rəsmi məlumatlara görə, Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

Saytların yığılması Saytların yığılması

Əmək fəaliyyətinə 1978-ci ildə “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışmışdır. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilmişdir. Ailəlidir. 2 övladı var.

Kəmaləddin Heydərovun erməni sevgisinin tarixçəsi

Realliq.tv – nin apardığı araşdırmalara görə Kəmaləddin Heydərov 1991 – ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində yerli polis və prokurorluğun keçirdiyi birgə əməliyyat nəticəsində yaşadığı Akademik Mil küçəsindəki evində həbs olunub. 2005 – ci ildə “Reallıq” qəzetinin apardığı araşdırmalardan və Rusiya mətbuatına istinadən verdiyi məlumatdan aydın olur ki, Heydərov narkotik ticarəti ilə məşğul olan şəbəkənin rəhbərlərindən biri kimi həbs olunub və onun yaşadığı mənzildə, eləcədə ofisində küllü – miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Onun həbsindən sonra istintaqçılar şəbəkənin daha bir neçə üzvünü həbs ediblər və onlar arasında İran, Rusiya, Ermənistan və Gürcüstan vətəndaşları da olub (Həmin şəbəkənin gürcü üzvlərindən biri illər sonra Qazax rayonu Sınıq körpüdə qətlə yetirilmişdi. Qətldən bir neçə dəqiqə öncə K.Heydərovla görüşən gürcüstan vətəndaşı beşaçılandan açılan atəşlə qətlə yetirilib. Hadisənin təfərrüatları barədə növbəti yazılarda geniş açıqlama verəcəyik). Bir neçə ay istintaq təcridxanasında saxlanılan Kəmaləddin Heydərov müəmmalı şəkildə azadlığa buraxılıb. Realliq.tv – nin Reallıq qəzetinə istinadən verdiyi məlumatda qeyd edilir ki, hazırkı fövqəl nazir Rusiya hakimiyyətinin yuxarı dairələrindən gələn tapşırıqla sərbəst buraxılıb.

K.Heydərov üç ay istintaq altında həbsdə saxlanılıb və sonradan prokurorluğa daxil olan xüsusi tapşırıq nəticəsində o sərbəst buraxılıb və barəsində cinayət təqibinə son verilib. Rusiya mətbuatının yazdığı yazıda qeyd olunurdu ki, Heydərovun sərbəst buraxılmasında onun narkoticarətdə şərikləri olan ermənilərin rolu olub. Hadisələrin bu cür inkşafı, müəmmalı şəkildə və cəmiyyətin diqqət mərkəzində olan cinayətin ört-basdır edilməsi “Reallıq” qəzetinin əməkdaşlarının marağına səbəb olur. Qəzet rəhbərliyi Rusiyadakı imkanlarından istifadə edərək baş verən hadisənin gizli məqamlarına aydınlıq gətirməyə çalışır. Qəzetin 1 aya yaxın davam edən araşdırmasından sonra məlum olur ki, Kəmaləddin Heydərovu həbsdən qurtaran Makaryan adlı erməni olur. Onun təzyiqi ilə K.Heydərovu həbsdən azad edən Moskva vilayət prokurorluğu cinayət işinin istiqamətini dəyişir. Azərbaycanlı nazirlə yanaşı şəbəkənin daha vacib bir neçə üzvü də həbsdən azadlığa buraxılır.
Bundan başqa qəzetin Moskva prokurorluğunda cinayət işinə nəzarət edən və sonralar təqaüddə olan prokurora verdiyi sorğuya aldığı cavabda isə Makaryanın hadisəyə müdaxiləsi təsdiqini tapır. Və bu araşdırmalar nəticəsində məlum olur ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov erməni Makaryanla narkotik ticarətində şərikdirlər. Onlar uzun illər bir yerdə kirli pulların qazanılmasında həmrəylik nümayiş etdirib və Rusiyada geniş narkotik ticarətini həyata keçirən şəbəkə formalaşdırıblar. Həmin şəbəkənin Azərbaycanda, İranda, Gürcüstanda, Ermənistanda geniş fəaliyyət göstərdiyi üzə çıxır. Narkotik biznesindən gələn gəlirlər isə Kəmaləddin – Makaryan cütlüyünün yaratdığı digər biznes şəbəklərinə yönəldilir. Bu barədə də geniş məlumat verməyə çalışacağıq…

Realliq.tv bildirir ki, erməni Makaryanın əslində kim olduğu və biznesdən başqa hansı sahədə fəaliyyət göstərdiyini araşdıran “Reallıq” qəzeti maraqlı faktlrla üzləşib. Belə ki, qəzetin araşdırmaları nəticəsində məlum olub ki, Kəmaləddin Heydərovun dostu və şəriki olan erməni – Ermənistan Sahibkarlar İttifaqının rəhbəri Qaqik Makaryandır. Qaqik Makaryanın düşmən ölkədə böyük nufuz sahibi olduğu və Rusiyada yüksək vəzifə tutan oliqarxlarla dostluğu onu söz sahibinə çevirib. Kəmaləddin Heydərov isə hazırda da adıçəkilən şəxslə biznez fəaliyyətini davam etdirir.

Onuda bildirək ki, məlum hadisədən bir müddət keçəndən sonra Moskva vilayət prokurorluğunda çalışan və təqaüdə çıxan prokurorun 1991-ci ildə baş verənlərlə bağlı “Reallıq” qəzetinə söylədiyi fikirlərə və hazırda Kəmaləddin Heydərovun erməni şəriklərlə qurduğu gizli ticarətə növbəti yazılarda da aydınlıq gətirəcəyik…

Kəmaləddin Heydərovun rus dostları

Fövqəladə Hallar nazirinin keçmişi ilə bağlı aparılan araşdırmalar bu gün onun niyə toxunulmaz olduğuna əsasları təmin edir. Rusiyada böyük şəbəkənin üzvü olan Heydərov qısa zamanda, erməni dostlarının dəstəyi ilə Rusiya Xüsusi Xidmət orqanlarında və hakim dairələrdə özünə arxa tapa bilir. Rusiyanın ölkəmizdə əsas fiqurlarından sayılan fövqəl nazir “5 –ci kalon”un əsas simalarındandır. Onun illərdir Rusiya maraqlarına xidmət etməsi təsadüfi sayılmır. Ölkə gündəmini dəfələrlə silkələyən hadisələrdə K.Heydərovun nəzarətində olan media orqanlarının hansı mövqedə durduğu aşkar sezilməkdədir. Hazırda Rusiya Müdafiə naziri Sergey Şoyqunun ən yaxın adamı olan Heydərov, Azərbaycan üçün ən təhlükəli şəxslərdən hesab olunur.

Qısa xatırlatma edək ki, Kəmaləddin Heydərov ölkədə qurduğu biznesdən qazandığı və dövlətdən oğurladığı milyonları əsasən Rusiyada saxlayır. Rus dostlarını maliyyələşdirən və qazancına şərik etməklə özünü toxunulmaz fiqura çevirmək istəyən məmurun cəzalandırılması gündən – günə çətinləşməkdədir. Bəzi məsələlərdə dövlət orqanlarına müqavimət göstərən Fövqəl nazir güvəndiyi gücün hesabına çəkinmədən özbaşınalıqla müşaiyyət olunan fəaliyyətinə davam edir. Onun keçmişi və keçmişə söykənərək inkşaf edən münasibətləri ölkə büdcəsinə milyardlarla ziyana başa gəlib. Lakin dövlətin bu şəxslə mübarizə aparmaqda aciz olduğunu göstərənlər gələcək təhlükənin mənbəyini daha da möhkəmləndirməyə xidmət etməkdədirlər.

Kəmaləddin Heydərovun Rusiyadakı biznesinin şərikləri ruslar və ermənilərdir. Bu da nazirin kimlərə daha yaxın olduğunu təsdiq etməklə, onun ermənilərə olaan sevgisinin səbəblərində aydınlıq gətirmiş olur.

Kəmaləddin Heydərovun “MEDİA İMPERİYASI”

Fövqəladə Hallar naziri illərdir ki, Azərbaycanda özünə “Media imperiyası” formalaşdırıb. Böyük pullar hesabına əmələ gələn şəbəkənin bir neçə holdinqdə fəaliyyət göstərdiyi heç kimə sirr deyil. Ən maraqlı və təhlükəli məqam isə Heydərovun media imperiyasına Aynur Camalın rəhbərlik etməsidir. İndiki hakimiyyətə nifrəti ilə seçilən Aynur Camalqızı fövqəl nazirlə qurduğu, bizə məlum olan və olmayan münasibətlərin arxasında dövlətə xəyanət kimi faktları görməmək mümkün deyil. İllərdir dövlət müəssisəsinin milyonlarını mənimsəyən Kamalın sevimli Aynuru dəfələrlə hansı qüvvələrə xidmət etdiyini sübuta yetirib. Mediada çoxları varkən Heydərovun seçimi niyə məhz, Aynur Camalqızi?…

Ardı var.

Realliq.TV araşdırma mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir