Top.Mail.Ru
bannerMANŞET

DƏHŞƏT! Şəhidlərin dəfn edildiyi məzarlıqda 79 qəbir DAĞIDILDI-Şəhid ailələlərin FƏRYADI

Türkiyənin Adana şəhərində FETÖ-nün 15 İyul çevriliş cəhdi zamanı şəhid olan polis məmurları Ahmet və Mehmet Oruçun qəbirləri də daxil olmaqla 79 qəbirin məzar daşları dağıdılıb.

KAİM.az xəbər verir ki, hadisənin bildirilməsindən sonra polis qrupları tərəfindən qəbirstanlıq və ətrafında araşdırmalara başlanılıb.

Saytların yığılması Saytların yığılması

Qohumlarının məzarlarının dağıldığını öyrəndikdən sonra hadisə yerinə gedənlər arasında şəhid polislərin atası Əli Oruç da olub.

Fəryadını “Vətəni və bayrağı üçün canını fəda edən şəhidlərim Ahmet və Mehmet məni burada tək qoymazlar, xainlər. Allah onların bəlasını versin. Onları Allaha yönəldirəm” sözləri ilə ifadə edən Oruc göz yaşlarını saxlaya bilməyib.

Aparılan araşdırılmalardan sonra verilən açıqlamada istintaq tədbirlərinə başlanıldığı qeyd edilib.

Jurnalistlərin “Hadisənin terror aktı ilə əlaqəsi varmı?” sualına “Xeyr. 79 qəbirdən 2-si şəhid, digərləri mülki qəbirdir. ” deyə cavab verilib.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir