Top.Mail.Ru
bannerMANŞET

“İlham Əliyev əvvəldən Putinlə danışıb ki, teatr oynayacağıq” – “rus agenti Qüdrət Həsənquliyev” + VİDEO

 KAİM.az xəbər verir ki, Vətəndaş İnkişafı Partiyasının sədri Əli Əliyev “Laf Tv”də millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin ünvanına sərt ifadələr işlədib.

Ə.Əliyev Q.Həsənquliyevi Rusiyanın adamı olmaqda, Azərbaycanı nüvə silahı ilə hədələyib qorxutmaqda, 44 günlük müharibəni əvvəlcədən hazırlanmış teatr kimi qələmə verməkdə ittiham edib. Onun sözlərinə görə, millət vəkilinin dediyindən belə çıxır ki, ölkə başçısı 3 minə yaxın şəhidi əvvəlcədən nəticəsi bilinən hadisələrin qurbanına çevirib:

“Prezident Əliyevin siyasi reputasiyasına bundan böyük zərbə ola bilməz. O adam niyə azadlıqdadı?”

Saytların yığılması Saytların yığılması

Ə.Əliyev Q.Həsənquliyevin parlamentdə Moskvanın hesabına “əyləşdirildiyini” söyləyib:

“Azərbaycanda nazirin nəzarətində olan bir partiyanın rəhbəri, o nazir ki, Moskvada Şoyqu ilə müttəfiqdi… Kəmaləddin Heydərovdu o partiyanı saxlayan. Bunu Azərbaycanda hamı bilir. Kəmaləddin Heydərovla müttəfiqlik eləyən partiyanın sədri deyir ki, (razılaşma) olmasaydı, atom bombası atacaqdılar. Və bunu İlham Əliyev əvvəldən danışıb Putinlə ki, biz teatr oynayacağıq burda, sən bizə bir az torpaq qaytaracaqsan, sonra biz ərazilərimizə gətirib rus qoşunlarını yerləşdirəcəyik”.

Ə.Əliyev bütün bunlara qətiyyən inanmadığını, Q.Həsənquliyevin rusların təlimatı ilə hərəkət etdiyini, xalqı qorxutmağa, dövlətimizin başçısını gözdən salmağa çalışdığını söyləyib.

Q.Həsənquliyev eyni yutub kanalına müsahibəsində bildirmişdi ki, bir çox məsələlərin əvvəlcədən Rusiya ilə razılaşdırıldığına əmindir. O həmçinin bildirib ki, Azərbaycan və Türkiyə üçtərəfli razılaşmaya getməsydi, Rusiya kiçik başlıqlı nüvə silahından istifadə edəcəkdi. (bakupost.az)

Hər iki tərəfin açıqlamaları ilə daha geniş formada təqdim etdiyimiz videodan tanış ola bilərsiniz:

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir