Top.Mail.Ru
MANŞET

İnsanlığın can, mal və şərəfini qoruyan ŞƏRƏFLİ PEŞƏ…- Deputat Vüqar İskəndərovun yazısı

2 iyul – Polis gününə təbrik yazmaq üçün çox düşünmədim, vətəndaş marağını təmələ aldım. İnsanlığın can, mal və şərəfini qoruyan şərəfli peşə…

Polis yaradılanı, bəşər övladını, şərdən qoruyan olduğu üçün mahiyyət etibarilə xeyrin təmsilçisidir. Həkim kimi, müəllim kimi, polis peşəsi də bütün bəşəri anlamları özündə birləşdirir. Onsuz cəmiyyətdə vəhdət və inkişaf ola bilməz. Həkimlər xilaskar və şəfqət, müəllimlər təlim və tədris, polislər qoruma və güvənverməylə insanlığı inkişaf etdirirlər. Bu baxımdan yaranmasının 103-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan polisi də bizim həyatımızın, təhlükəsizliyimizin qarantıdır.

Saytların yığılması Saytların yığılması

Hələ 90-cı illərdə Ümummilli lider Heydər Əliyev hər bir sahədə olduğu kimi güc strukturlarının da inkişafına xüsusi önəm verib. Daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Bu xüsusi yanaşmanın təməli Ulu Öndər tərəfindən qoyulsa da Prezident İlham Əliyev tərəfindən davam etdirilib. Ölkə rəhbərinin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Nazirliyin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.

100915_xj9mlz15mq.jpg (86 KB)

Gəlin polisimizə müxtəlif bucaqlardan baxaq. Baxaq və mahiyyəti görək.

Bizim polis ilk milli ordumuzdur! Qarabağ münaqişəsi başlayan andan bütün cəbhə boyu düşmənlə ilk üz-üzə döyüşən sistemli güc olub. Təkcə Birinci Qarabağ müharibəsi dövründə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Azərbaycan polisi ölkədə sabitliyi qorumaq üçün sinəsini sipər etməyə hazırdır. Təkcə müstəqillik illərində 100-ə yaxın polis ictimai asayişi qoruyarkən dünyasını dəyişib. Zəfər tariximiz olan Vətən müharibəsində də 100-lərlə daxili işlər orqanlarının əməkdaşları iştirak edib, cəsarət və igidlik nümunələri göstərib, onlardan 65 nəfəri şəhid olub, 347 nəfəri yaralanıb.

Bizim polis mafiyalaşmayıb! Ən demokratik ölkələrdə belə polisin içərisində mafiya olması faktlarına rast gəlinir. Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı yüksək səviyyədə mübarizə aparılır. Bunun nəticəsidir ki, ölkəmizdə oturuşmuş cinayətkar dəstələrlə, qruplarla bağlı faktlar demək olar ki yoxdur. Təkcə ötən il həyata keçirilən operativ tədbirlər nəticəsində  254 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kiloqram narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

Pis müəllim və həkim, peşənin dəyərini və lazımlılığını kiçiltmədiyi kimi, pis polis də bu peşəni kiçiltməz. Əlbəttə bütün sahələrdə müəyyən çatışmazlıqlar var və olacaq. Çünki çoxminlik şəxsi heyəti olan bir orqanın hər bir fərdinin şəxsi keyfiyyətlərinə bələd olmaq o qədər də asan deyil.

Bizim polis dinamik inkişafdadır! Qüsurlarını düzəldən, peşə etikasını inkişaf etdirəndir. Polisin davranışlarından olan şikayətlər anında araşdırılmağa başlayır. Polis təqsirkardırsa, mütləq cəzalanır. İddia əsassızdırsa, polis bütün ictimai basqılara rəğmən əməkdaşını qoruyur. Doğru olan da budur.

Polis sakitləşdiricidir! Hansısa bir məmur məsuliyyətsizliyinə, məişət cinayətkarlığına görə, yaxud digər məsələlərlə bağlı insanların etirazlarının önünə keçib, asayişi təmin etməlidir. Cinayət etmiş insana qarşı yönələn aqressiya təbii olaraq polisə yönəlir. Bu zaman qanunçuluğu qorumaqla paralel, vətəndaşa da anlayış göstərə biləndir, Azərbaycan polisi.

1592301023_1592292896_poliskarantin0506203.jpg (43 KB)

Azərbaycan polisi görkəmlidir! Hər il sıraları gəncləşir, fiziki və mənəvi baxımdan sağlamlaşır. Polisimizin böyük qadın gücü yaranıb. Xanım polislərimiz atdığı addımlarla, işə peşəkar yanaşması, dözümlülüyü ilə heç də kişi polislərimizdən geri qalmır.

Bizim polis sirr saxlayıcıdır! Vətəndaşlar ailədaxili, məişət mübahisələrində polisə müraciət edir. Polis xalqımızın ən məhrəm sirlərinə sahibdir. Heç vaxt bundan sui-istifadə etməyib, belə nümunə yoxdur.

Bizim polis fədakardır. Ötən il bütün dünyanı cənginə alan pandemiyadan da polislərimiz üzü ağ çıxdı. Həyatlarını riskə ataraq aylarla gecə-gündüz demədən çalışdılar, bizim keşiyimizdə durdular. Bu gün əgər müəyyən yumşalmalara gedilirsə bunun əsas səbəbkarlarından biri də elə polis qardaşlarımızdır. Çünki pandemiya təcrübəsi heç vaxt olmamışdı. Ona görə də bu cür vəziyyətlərin idarə olunmasına yüksək peşəkarlıq lazım idi ki bu da bizim polislərdə var.

Bizim polis vicdanlı gözətçidir! Oğurluqla mübarizə yüksək səviyyədədir. Xüsusilə də bütün dünya ölkələrində polisinin yaralı yeri olan, avtomobil oğurluğu sahəsində. Çox ölkələrdə avtomobili istənilən yerdə saxlayıb, arxayın gedə bilməzsən. Azərbaycanda isə bu, rahatlıqla mümkündür.

b45937b5-b6c3-435e-b694-95106f79a6f4.jpg (471 KB)

2020-ci ildə ümumilikdə 26.004 cinayət qeydə alınıb ki, bu cinayətlərin 86,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 8 fakt azalaraq 257 olub.

Əgər ölkədə cinayətkarlığın sayı və səviyyəsi düşürsə, deməli o ölkənin polisi işini düzgün, ədalətli və vicdanlı görür. Illərin statistikası isə bizə Azərbaycan polisinin uğurlu fəaliyyətini faktlarla göstərir.

Günün mübarək, Azərbaycan polisi!

vugar_iskandarov_deputat_300520.jpg (75 KB)

Vüqar İskəndərov, Milli Məclisin deputatı

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir