Top.Mail.Ru
MANŞET

İran Ermənistan iqtisadiyyatını dirçəldəcək- Azad iqtisadi zona yaradırlar

Dekabrın 14-də  Ermənistanın  İqtisadiyyat naziri Vaan Kerobyan İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zoxurini qəbul edib.

Kaim.az  erməni KİV-lərinə istinadən xəbər verir ki, nazir səfiri salamlayaraq, İranın güclü ticarət və iqtisadi əlaqələrin qurulduğu Ermənistanın ən dost ölkələrindən biri olduğunu məmnunluqla qeyd edib. Eyni zamanda, Vahan Kerobyan Ermənistan-İran əməkdaşlığının çərçivəsinin yaxın gələcəkdə genişlənəcəyinə və güclənəcəyinə ümidvar olduğunu deyib.

Saytların yığılması Saytların yığılması

 

İran səfiri, Vahan Kerobyanı iqtisadiyyat naziri vəzifəsinə gətirilməsi münasibətilə təbrik edərək, Ermənistanla İran arasında ticarət və iqtisadi əməkdaşlıq üçün hələ tam reallaşdırılmamış böyük bir potensialın olduğunu ,  Ermənistan-İran iqtisadi əlaqələrinin yaxın gələcəkdə daha da intensivləşəcəyinə, əvvəllər əldə olunmuş razılaşmaların, birgə layihələrin və təşəbbüslərin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. Bu məqsədlə səfir erməni tərəfinə hər bir proqram üçün “yol xəritəsi” hazırlamaq və mərhələli mərhələ ilə aydın iş qrafiki qurmağın mümkünlüyünü öyrənməyi təklif edib.

Həmsöhbətlər Ermənistandakı “Meğri” və “Araz” azad iqtisadi zonaları arasındakı əməkdaşlıq perspektivlərinə də toxunublar.

 

Burada Ermənistan- İran ortaq müəssisələrin yaradılması planlaşdırılır.

 

Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün İran üçün böyük imkanlar açdığını qeyd edən İran səfiri, Ermənistan-İran ortaq müəssisələrinin yaradılmasının iki ölkənin iqtisadiyyatının inkişafına təkan verəcəyini, eyni zamanda Aİİ ölkələrinə ixracatını da artıracağına inandığını bildirib.

Vahan Kerobyan, iki ölkə arasındakı əməkdaşlıq çərçivəsində mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər görməyə, eyni zamanda ikitərəfli proqramların icrasını maksimuma çatdırmağa hazır olduğunu deyib.

 

İlqar

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir