Top.Mail.Ru
MANŞET

Müdafiə naziri Zakir Həsənov orduya vur əmri verdi – CƏBHƏDƏ ŞOK GƏLİŞMƏ

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb.

Kainat.tv  məlumatına görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Saytların yığılması Saytların yığılması

Müdafiə naziri cari ilin ötən dövründə döyüş hazırlığı və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini aparıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət göstərdiyini qeyd edən Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının ordumuz qarşısında qoyduğu tapşırıqları görüş iştirakçılarına çatdırıb.

Cəbhədəki son vəziyyətə toxunan Müdafiə naziri şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını və vurulmasını əmr edib.

Azərbaycan xalqının Orduya inamının güclü olduğunu xatırladan nazir torpaqlarımızın işğaldan azad edilməsi naminə müqəddəs vəzifənin yerinə yetirilməsinə əsgərdən generaladək hər bir hərbi qulluqçunun hazır olmasını bildirib.

Onuda qeyd edək ki, erməni təxribatı günlərdir davam edir.  Azərbaycan əsgərlərinin  təxribatlara cavabı zamanı Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, kiçik çavuş Hovik Nelsonoviç Tamazyan,  döyüş mövqeyində olarkən ölümcül güllə və qəlpə yaraları alıb.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir