Top.Mail.Ru
bannerMANŞET

Qarlı Bakıda gecə və səhər saatlarında BAŞ VERƏNLƏR-TƏFƏRRÜAT

Paytaxt Bakıda gecə boyunca yağan qar həyatı iflic edib.

KAİM.az xəbər verir ki, güclü qar yağıntısı nəticəsində küçələrdə hərəkət imkansız hala gəlib. Sakinlərin xeyli qismi işə piyada getmək məcrubiyyətində qalıb.

Saytların yığılması Saytların yığılması

Çoxlu sayda avtomobil yolda qalıb və sürüşkən yolların yaratdığı fəsadlar geniş miqyaslı qəzalara səbəb olub.

Ölən və yaralananlar var.

Bakı-Qazax yolunda baş verən zəncirvari qəza nəticəsində bir nəfər vəfat edib. Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev açıqlamasında bildirib ki, səhər saatlarında həmin yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində yük maşını (TIR) idarəetməni itirərək aşıb və yolun kənarına düşüb. Qəza zamanı bir neçə avtomobil də yük maşını ilə toqquşub.

Hazırda Bakı-Qazax yolunda avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol açıqdır.

Bir çox paytaxt məktəblərində tədris təxirə salınıb. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehovun açıqlamasına görə açıq məktəblərdə davamiyyət çox açağı səviyyədədir.

Artıq qarın əridilməsi prosesinə başlanılıb. Yolların təmizlənməsi məqsədilə kürəmə və duzlama işləri həyata keçirilib.

Qeyd edək ki, məlum hava şəraitinin sabah səhər saatlarına qədər dəyişməyəcəyi bildirilir. Bu xəbərdən sevinən yeganə şəxslər isə az yaşlı dostlarımızdır.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir