Top.Mail.Ru
MANŞET

Rəsmən ELAN EDİLDİ: Ramazandan sonra hərbi əməliyyatlar başlayacaq 

“İsrail mediası yazır ki, Netanyahu Rəfah əməliyyatı planını təsdiqləyib. O, Almaniya baş naziri ilə birgə mətbuat konfransında deyib ki, “heç bir beynəlxalq təzyiq İsrailin müharibədəki məqsədlərinə çatmasına mane ola bilməz”.

KAİM.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a politoloq Kənan Rövşənoğlu deyib.

Saytların yığılması Saytların yığılması

Onun sözlərinə görə, Netanyahunun sözlərinə görə, Qəzzada müharibənin indi, yəni məqsədinə nail olmadan dayandırması İsrailin uduzması mənasına gəlir və hökumət buna imkan verməyəcək:

“Netanyahu deyib ki, Qəzzada əməliyyat HƏMAS-ın məhv edilməsi, bütün girovların azad edilməsi və Qəzzanın yenidən İsrailə qarşı heç bir təhdid təşkil etmədiyi bir vəziyyətə gələnə qədər davam edəcək.

Güman edirəm ki, əməliyyatı Ramazandan sonra başlatmağa hazırlaşırlar. Ancaq Rəfaha hücum ordakı 1,5 milyon əhalinin həyatı üçün risk təşkil edir. Hərbi əməliyyat olsa, insan tələfatı faciəvi şəkildə artacaq. İsrailin hazırkı hökuməti hesab edir ki, Rəfaha hücum coğrafi olaraq Qəzzanın Misirlə sərhədinin nəzarətə götürülməsi ilə nəticələnəcək və belə demək olar ki, zolaq tamamən İsrailin nəzarəti altına düşəcək.

Rəfah əməliyyatı olmadan, yəni Qəzza tamamilə ələ keçirilmədən müharibənin dayanmasını İsrail hakimiyyəti psixoloji olaraq zəiflik kimi görünməsindən ehtiyat edir. Bunu Netanyahu açıq şəkildə bildirir ki, Rəfah əməliyyatı olmadan müharibə dayansa, bu, İsrailin uduzması kimi görünə bilər. Digər tərəfdən Netanyahu bilir ki, İsrail müharibəni dayandırsa, özü üçün ağır nəticələr ola bilər. Ona görə də Rəfah əməliyyatında israr edir”.

Bənzər yazılar