Top.Mail.Ru
bannerMANŞET

SON DƏQİQƏ! Elmar Məmmədyarav istintaqa çağrıldı – sabiq nazir HƏBS EDİLİR

Xarici İşlər Nazirliyində (XİN) Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) keçirdiyi əməliyyatdan sonra hər kəsi düşündürən bir sual var – sabiq nazir Elmar Məmmədyarov həbs olunacaqmı? Yoxsa sabiq naziri Eldar Mahmudov kimi həbssiz istintaqa cəlb etmə gözləyir? XİN-dəki əməliyyatdan sonra irəli sürülən ittihamların mahiyyətinə baxanda belə təəssurat yaranır ki, əlaltıları Məmmədyarovun susqun razılığı  ilə bildiklərini ediblər. Ortada olduqca ciddi ittiham var idi  və bu ittiham hansısa “JEK” müdirinə qarşı deyildi. Söhbət dövlətin xarici siyasətini gerçəkləşdirən bir şəxsin ətrafında  baş verənlərdən gedirdi.

KAİM.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, Elmar Məmmədyarov hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb edilib.

Saytların yığılması Saytların yığılması

Mənbənin iddiasına görə, sabiq nazir Xarici İşlər nazirliyindəki fəaliyyətinə görə deyil,  başqa əməlləri üçün cavab vermək üçün dindirilməsinə qərar verilib. Və, etimallar həqiqətə söykənərsə E.Məmmədyarovun həbs ediləcəyi qaçılmazdır.

Sabiq nazirin dindirilməsi ilə bağlı iki etimal irəli sürən mənbə deyir: “İkinci Qarabağ müharibəsində xaci mənbələrə sızdırılan bəzi məlumatlar var ki, həmin informasiyalar ancaq Xarici İşlər nazirliyində illərlə vəzifə tutan şəxsdən və onun əlaltılarından ötrülə bilər. ikinci etimal isə E. Məmmədyarovun ermənilərlə quda olması dolayısı ilə sirr hesab edilən məlumatların düşmən tərəfə ötürülə bilməsi etimalıdır.”

Qey edək ki, yuxarıda sadalananlar gündəmdə rəsmi yer almasada, görünən odur ki, ölkəyə xəyanət edən Məmmədyarov və onun kimilər gec – tez qanun qarşısına çıxarılacaqlar…

Məlumat üçün bildirək ki, Xarici işlər nazirliyində aparılan məlum həbslərdən sonra E. Məmmədyarovun ölkədən çıxmasına qadağa qoyulmuşdu.

KAİM.az

Niyaz

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir