Top.Mail.Ru
bannerMANŞET

TƏCİLİ! Generalların qapısı sıra ilə DÖYÜLÜR – SİLSİLƏ HƏBSLƏR BAŞLANDI

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb. Hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Sonra Nəsimi Rayon Məhkəməsi hər iki general barəsində həbs qətimkan tədbiri seçib.

KAİM.az-ın xəbərinə görə, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Saytların yığılması Saytların yığılması

Bu, ilk belə hal deyil. Yaxın keçmişdə də bir neçə generalın həbsi onu deməyə əsas verir ki, sözügedən qurumda ciddi islahatlar gedir. Prosesin hələ nə vaxtadək davam etməsi çoxları üçün maraqlıdır.

Keçmiş Milli Təhlüksəsizlik nazirinin müavini, AzDP-nin sədri Sülhəddin Əkbər silsilə həbslər barədə “Sherg.az”a danışdı:

“Ləğv olunmuş MTN-lə bağlı cəmiyyətdə ciddi şübhələr yaranmışdı, çoxsaylı versiyalar var idi. Odur ki, məsələlərə yenidən baxılması müəyyən gözləntilər formalaşdırır. Düzdür, çox gecdir. Amma obyektiv araşdırmanın aparılacağına və suallara cavab tapılacağına inam var”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir