Top.Mail.Ru
bannerMANŞET

Xocalı qatilinin keçirdiyi iclasdan sonra gələn ŞƏHİD XƏBƏRİ: Köçəryan GƏRGİNLİYİ KÖRÜKLƏYİR

Ermənistanın keçmiş prezidenti 14 oktyabrda ehtiyatda olan zabitlərin bir qrupu ilə görüşüb.
KAİM.az xəbər verir ki, eks-prezidentlə görüşdə ehtiyatda olan zabitlərin yaratdığı ictimai təşkilatın üzvləri Qrant Yepiskoposyan, Vrej Arzumanyan və Mikael Ambartsumyan iştirak edib.
R.Köçəryanla görüşdə təhlükəsizlik məsələləri və digər mövzuların müzakirə edildiyi bildirilir.
Məlum olduğu kimi, Köçəryan Qarabağdakı gərginliyi körükləyən klan liderlərindən biridir. Onun ordu daxilində, xüsusilə də Qarabağdakı qanunsuz hərbi birləşmələrdə dayaqlarının olması da məlumdur. Təsadüfi deyil ki, eks-prezidentin zabitlərlə bir araya gəldiyi gün Qarabağdakı terrorçular Azərbaycan əsgərini snayper atəşilə qətlə yetiriblər.
mənbə: Musavat.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir