Top.Mail.Ru
MANŞET

Yeni mövsümdə kimlər harada olacaq? — Siyahı

Azərbaycan televiziyalarında yeni mövsümlə bağlı bir çox dəyişikliklər olub. Belə ki, bir neçə tanınmış sima iş yerini dəyişib, uzun müddətdir efirlərdən uzaq düşən aparıcılar yenidən tamaşaçı qarşısına çıxmağa hazırlaşır.

“Kainat” xəbər verir ki, əvvəlcə Xoşqədəm Hidayətqızı uzun illərdir çalışdığı Xəzər TV ilə yollarını ayıraraq yeni iş yeri barədə danışıqlara başlayıb. Onun ARB TV-də efirə çıxacağı məlumatı yayılsa da, hələ ki, nə Xoşqədəm Hidayətqızı, nə də telekanal bunu təsdiqləyib.

Saytların yığılması Saytların yığılması

İşindən ayrılan digər aparıcı Aytən Səfərova isə eyni zamanda həm Space TV, həm də “Xəzər” rəhbərliyi ilə görüşlər aparır. 

Bir neçə gün əvvəl 10 ildən çoxdur ATV-nin siması olan Afaq Gəncəli öz heyəti ilə Xəzər TV-yə transfer olub. O, fərqli kanalda bir neçə layihə ilə efirə çıxacaq.

Bundan əlavə, sonuncu dəfə ATV-nin ekranlarında görünən İlkin Həsəni yeni mövsümdə Space TV-də işə başlayacaq. Nicat Rəhimovİlkin Misgərli də sözügedən telekanalda tamaşaçıları salamlayacaq. 

Daha əvvəl Space TV ilə yollarını ayıran, Dünya TV-də efirə çıxan Mikayıl Güləddinoğlu da bu mövsümdə iş yerini dəyişən aparıcılar siyahısındadır. Belə ki, Güləddinoğlu ATV ilə danışıqlara başlayıb. Əldə etdiyimiz məlumata görə, aparıcının MTV ilə müzakirəsi ürəkaçan olmayıb. 

Space TV-yə dəvət olunan növbəti aparıcı isə Hüsniyə Məhərrəmovadır.  AzTV-dən ayrılan aparıcı bir müddət sonra sözügedən kanalda efirə çıxmaq barədə düşünür. 

Aparıcı “Kainat”ya açıqlamasında danışıqların aparıldığını, lakin hələ görüşə getmədiyini bildirib.  

Mətanət Əliverdiyeva da işini dəyişən aparıcılar siyahısındadır.  Axşam.az bildirir ki, o, yeni sezonda “Xəzər”in efirindən tamaşaçıları salamlayacaq. 

Bir müddət əvvəl AzTV-də aparıcısı olduğu “Görüş yeri” verilişi bağlanan Kamilə Babayeva da efirə qayıdır. O, yenidən Azərbaycan Televiziyasında fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. 

AzTV-də görünəcək digər şəxs isə Şəhriyar Əbilovdur. O, bu dəfə “1AzTV” proqramında yer alacaq. 

Dövlət kanalında aparıcı kimi Əməkdar artist Elnur Kərimov da işə başlayıb. O, Xədicə Sənanqızı ilə “Günə başladı” proqramını aparır. 

Elvin Elxan

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir