Top.Mail.Ru
ÖZƏL

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

İranın Təbriz şəhərində nəşr edilən “Tribune Tebriz” qəzetində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib.

KAİM.AZ xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 101-ci ildönümü münasibətilə dərc edilən məqalədə qeyd olunub ki, Heydər Əliyev respublikaya rəhbərliyinin birinci dövründə özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, milli özünüdərki təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Saytların yığılması Saytların yığılması

Yazıda vurğulanır ki, Ulu Öndər ikinci dəfə siyasi hakimiyyətə gələndə Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Heydər Əliyev belə bir çətin şəraitdə böyük müdrikliklə xalq-dövlət vəhdətinə nail olaraq mövcud təhlükələri ölkəmizdən uzaqlaşdırmaq üçün milli birlik fəlsəfəsi yaratdı. Xalqın gələcəyə olan ümid və inamı zirvələrə yüksəldi. İnsanlar öz dövlətlərini qorumaq üçün səfərbər oldular.

Məqalədə qeyd edilir ki, Ulu Öndərimizin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövlətimizin yürütdüyü mehriban qonşuluq və səmimi dostluq siyasəti bu gün də real bəhrəsini verir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin bərpası və yeni geosiyasi vəziyyətin əzmlə qorunması İran İslam Respublikası üçün də xüsusi əhəmiyyət kəsb edən tarixi hadisədir. İki qonşu ölkə arasında əlaqələrin dostluq şəraitində davam etməsi tərəflər üçün strateji əhəmiyyət daşıyır.

Yazının sonunda bildirilir ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi və dövlətçilik ideyaları yüzilliklər boyu Azərbaycan xalqına fayda gətirəcək, xalqı öz dövlətinin ətrafında birləşdirəcək. Tarixi xilaskarlıq missiyası ilə Azərbaycan xalqının qəlbində özünə əbədi heykəl ucaldan Heydər Əliyev humanizm prinsipləri və yüksək insani keyfiyyətləri ilə sevilib və ürəklərə yol tapıb.

Bənzər yazılar