Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Xudafərin körpüsü barəsində TARİXİ QƏRAR-İran və Azərbaycandan MÜŞTƏRƏK BƏYANAT

Azad edilən Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüləri yenidən qurula və bərpa edilə bilər.

KAİM.az xəbər verir ki, bu barədə Baku TV-yə müsahibəsi zamanı İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.

Saytların yığılması Saytların yığılması

Səfir artıq bununla bağlı İran və Azərbaycan Xarici İşlər nazirləri arasında da məsələnin müzakirə olunduğunu deyib.

Seyid Abbas Musəvi Xudafərin körpüsü haqqında danışarkən bildirib:

“Prezident İlham Əliyevin dostluq rəmzi adlandırdığı bu müştərək sərhəddə olan Xudafərin körpüsü məsələsi iki ölkənin xarici işlər nazirləri arasında gedən görüşlərdə müzakirə edilib və körpülərin yenidən qurulması, bərpası barədə fikir mübadiləsi aparılıb. Eləcə də, hər iki ölkə bu tarixi abidələrin UNESCO-da müştərək şəkildə qeydə alınması barədə birgə bəyanat verəcəkləri haqqında razılığa gəliblər”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir