Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Azərbaycan minalar xəritəsini Ermənistandan niyə TƏLƏB EDƏ BİLMİR? – AÇIQLAMA

“Minalanmış ərazilərin xəritəsi 10 noyabr tarixli üçtərəfli sazişdə nəzərdə tutulmayıb. Bu baxımdan biz bunu bir başa tələb edə bilmərik”.

KAİM.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Əkrəm Həsənov deyib.

Saytların yığılması Saytların yığılması

O bu məsələnin qarşılıqlı güzəştlərlə həll olunmalı olduğunu vurğulayıb:

“Tərəflər arasında saziş və orada konkret bəndlər var. Ona əməl edilməlidir. Rusiya tərəfi də həmin sazişin icrasına nəzarət edən tərəf olduğu üçün onu hər iki tərəfdən tələb edə bilər”.

Əkrəm Həsənov hesab edir ki, Azərbaycan bu məsələdə Rusiyanın vasitəçiliyindən istifadə edə bilər:

“Rusiya təsir etməlidir ki, xəritələri versinlər. Yox əgər etməyəcəklərsə, Ermənistanın uzunmüddətli sülh yaratmaq fikiri yoxdur. Biz bu məsələni eyni zamanda beynəlxalq aləmə çatdırmalıyıq”./qaynarinfo/

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir