Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

“Azərbaycanın Qırmızı bazar-Şuşa yolundan istifadəsi çox çəkməyəcək” – Separatçıdan SƏRSƏM AÇIQLAMA

Erməni separatçılarının daxili auditoriyanı sakitləşdirməyə yönəlik sərsəm açıqlamaları davam edir.

KAİM.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, növbəti açıqlama ilə separatçılardan biri Artak Beqlaryan çıxış edib.

Saytların yığılması Saytların yığılması

O bildirib ki, Azərbaycan tərəfi bir müddət Karmir (İrəvan ətrafında Blur təpəsində yerləşir) – Qırmızı bazar – Şuşa yolundan istifadə edəcək, lakin bu çox çəkməyəcək.

Separatçı deyib ki, zaman-zaman Azərbaycan və Ermənistan hərbçiləri ilə insident yaşanır, lakin böyük toqquşmaların baş verməsinin qarşısını almaq üçün Rusiya sülhməramlı kontingenti tərəfindən iş aparılır.

Beqlaryanın bu açıqlaması Azərbaycan Silahlı Qüvvələrinin Şuşaya aparan yollara nəzarəti tam həyata keçirdiyini bir daha sübuta yetirir. Erməninin guya “Azərbaycanın Qırmızı bazar – Şuşa yolundan istifadəsi çok çəkməyəcək” kimi sərsəm açıqlaması isə yalnız və yalnız təsəllli xarakterlidir, üstəlik erməniləri sakitləşdirməyə yönəlik bir fikirlərdir. //KONKRET.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir