Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Ermənistan Zəngəzurda yeni bunkerlər tikir – İrəvandan Bakıya MÜHARİBƏ MESAJI

“Ermənistan Zəngəzurda bunker tikir. Adətən bu müharibə taktikasından XIX, XX əsrlərdə istifadə edirdilər”.

KAİM.az xəbər verir ki,  bu fikirləri KONKRET.az-a açıqlamasında Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. O bildirib ki, Alman təyyarələri qarşısında SSSRİ milyonlarla bunker inşa etmişdi. Amma bu gün bunkerlərin heç bir önəmi qalmayıb: “Füzulidə düşmənin on metrlərlə dərininə inşa edilən bunkerlərinin darmadağın edilməsi bunun sübutu idi.

Saytların yığılması Saytların yığılması

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Bəs Ermənistan nəyə görə bunker inşa edir?

Bu sualı Əziz Əlibəyli belə cavablandırıb: “Ağıla bir versiya gəlir, ermənilər canlı itkini minimuma endirmək və özlərini qorumaq üçün belə bir sığınacağa möhtacdırlar. Burda da, önə müharibəyə hazırlaşırlar mesajı verilir. İkincisi, Azərbaycanın silahları güclüdür deyə, bunker inşa etməyə sadəcə məcburdurlar. Üçüncüsü Qarabağdakı əksər bunkerlər “Harop” dağıdıcı dronu vasitəsilə məhv edilib deyə yenisini inşa edirlər. Tikin görək, nə qədər əsgərə məzar olacaq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir