Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Paşinyan Moskvanı RÜSVAY ETDİ: Ermənistan Azərbaycana “İsgəndər” atdı, amma PARTLAMADI

Ermənistanın baş naziri Nikol Paşinyan sabiq prezident Serj Sarkisyanın ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edilməməsi barədə ittihamlarına cavab verib.

KAİM.az xəbər verir ki, Paşinyan bu məsələyə “1in.am” saytına müsahibəsində aydınlıq gətirib.

Saytların yığılması Saytların yığılması

Paşinyan Ermənistanın Azərbaycana qarşı “İsgəndər” əməliyyat-taktiki raket sistemindən istifadə etdiyini, lakin raketlərin partlamadığını bildirib.

“Qoy sual verilsin ki, “İsgəndər” raketi niyə partlamayıb? Və ya niyə 10% partlayıb?”, – deyə haqqın.az Ermənistan baş nazirindən sitat gətirib.

Ermənistan baş naziri məxməri inqilabdan sonra silah alqı-satqısı proqramında dəyişikliklər olduğunu iddia edən Sarkisyanın sözlərini təkzib edib. Bəs, Ermənistanın müharibədəki məğlubiyyətinin səbəbi nə idi.

Xatırladaq ki, Serj Sarkisyan açıqlamasında ölkənin lideri olaraq qalacağı təqdirdə 2 500 pilotsuz təyyarə alacağını söyləmişdi.

Baş nazir Serj Sarkisyanın hakimiyyəti Paşinyana deyil, Karen Karapetyana verdiyinə dair açıqlamasını da şərh edib: “Bu rədd edilmiş necə kiməsə hakimiyyəti verib və ya verməyə bilərdi?”.

mənbə: Virtualaz.org

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir